/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Yaponiyalı aikido ustası Bakıda seminar keçirtdi

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan Aikido Federasiyası üzvlərini paytaxtda bir araya toplayıb. İdmaçılar yaponiyalı aikido ustası, 7-ci dan Aikikai Şihan Yuasa Kohenin iştirakı ilə keçirilən beynəlxalq seminarda iştirak ediblər. Aikidonun digər idman növlərindən fərqi yalnız özünü müdafiədə istifadə olunmaması, həm də insana mənəvi rahatlıq verməsidir. Əsas prinsipi "Əsl qələbə özü üzərində olan qələbədir" olan bu döyüş sənətinin azərbaycanlı üzvləri yaponiyalı aikido ustası, 7-ci dan Aikikai Şihan Yuasa Kohenlə görüşüblər. Yaponiyalı ustad öz təcrübəsini yerli idmançılarla bölüşüb.
Bu döyüş növünün digərlərindən fərqi cinsindən və yaşından asılı olmayaraq hər kəsin bir arada məşq prosesində iştirak edə bilməsidir. Azərbaycan Aikido Federasiyasının görəcəyi işlər bununla yekunlaşmır. Daha bir neçə layihənin gerçəkləşdirilməsi nəzərdə tutulub.
Aikido vasitəsi ilə insan fiziki və mənəvi cəhətdən inkişaf edir. Aikido döyüş sənətlərinin nizam- intizamını və etiketini öyrədir. Məşq edən insanda iradə və cəsarətlilik xüsusiyyətləri formalaşır. Xüsusi texnikalar, tənəffüs üsulları, meditasiya və sağlamlığın qorunması sirləri öyrənilir. Aikido vəziyyətə görə düzgün reaksiyanı, təkbaşına bir neçə adamın hücumlarını dəf etməyi öyrədir. Silahlarla işləmək bacarığını və müxtəlif özünümüdafiə fəndlərini aşılayır.

Rövşən Əhlimanoğlu

09:00 / 23.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 11
Bu gün: 1836
Bu ay: 129540
Ümumi: 8100658
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın