/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

"Qarabağ" Çempionlar Liqasında ilk xalını qazandı

Şriftin ölçüsü:  11px13px15px17px

Futbol üzrə Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" komandası növbəti oyununu keçirib. İspaniyanın "Atletiko" kollektivi ilə keçirilən görüşdə ölkə çempionumuz ilk xalını qazanıb.
Bakı Olimpiya Stadionunda on minlərlə azarkeş "Qarabağ" üçün bir araya gəldi. İlk oyunda Londonda "Çelsi"yə, ardınca Bakıda italiya "Roma"sına məğlub olmasına baxmayaraq, hər kəs təmsilçimizin uğurlu çıxışına inanırdı. Heç olmasa, qitənin bir nömrəli klub turnirində bir xal qazanmasına...
Fransalı referi Ruddi Bukenin start fitindən sonra hücuma atılan "Köhlən atlar" məğlub olmaq istəmədiyini ilk dəqiqələrdən göstərdi. Heç Madrid təmsilçisi də paytaxtımıza uduzmaq üçün səfər etməmişdi. Ardı-arası kəsilməyən qarşılıqlı hücumlar, həyəcanlı anlar. Buna rəğmən fasiləyədək heç bir komanda qola üzülmədi. İkinci hissədə də demək olar ki, eyni ssenari davam etdi. Ancaq 75-ci dəqiqədə stadiona toplaşan hər kəs ayaqlandı. Dino ndlovunun rəqibin cərimə meydançasında yerə yıxılmasını fransalı baş hakim simulyasiya kimi qiymətləndirdi və səbəbkarı ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırdı. Lakin ədalət təmsilçisinin bu addımı heç də hamı tərəfində ədalətli qərar kimi dəyərləndirilmədi. Bundan sonra 10 nəfərlə qalan "Qarabağ"ın qapısı önünə tam gücü ilə şığıyan "Atletiko" yenə də ibrahim şehiçi məyus edə bilmədi. 90 dəqiqənin sonunda təmsilçimiz aktivinə bir xal yazdırdı. "Qarabağ" futbolçuları xal qazanmaq üçün var güclərini ortaya qoydular.
Qeyd edək ki, c qrupuna 7 xalla "Çelsi" başçılıq edir. "Roma" 5 xalla ikincidir. Aktivində 2 xal olan "Atletiko" 3, "Qarabağ" isə 1 xalla 4-cü pillədə yer alıb.
Rövşən Əhlimanoğlu

11:00 / 19.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 4
Bu gün: 5018
Bu ay: 196342
Ümumi: 8167460
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın