/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

MOK-un yaranmasından 25 il ötür

Şriftin ölçüsü:  11px13px15px17px

Milli Olimpiya Komitəsinin yaradılmasından 25 il ötür. Bu illər ərzində Azərbaycan idmançıları saysız-hesabsız qələbələr qazanıb. Ölkəmiz ən mötəbər yarışlara ev sahibliyi edib. Bütün uğurların təməli isə milli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra qoyulub. 1997-ci ildə İlham Əlievin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi isə bu sahəni daha da inkişaf etdirib.
Azərbaycanın olimpiya hərəkatında canlanma elə ilk günlərdən hiss olundu. Bir neçə istiqamətdə fəal işlərə başlandı.
İdmançılarımızın beynəlxalq miqyasda uğurları getdikcə artdı. 2004-cü ildə Afinada keçirilən 28-ci yay olimpiya oyunları Azərbaycan atletlərinin möhtəşəm uğurları ilə yadda qaldı. Pekin, London və Rioda olimpiya komandamızın əldə etdiyi nəticələr bizə sevinc bəxş etməklə yanaşı, nikbinliyimizi də artırdı. Bu illər ərzində Azərbaycan idman sahəsində bir sıra ilklərə də imza atdı. İlk Avropa oyunları Bakıda təşkil olundu. Ölkəmiz Avropanın 6 mindən çox idmançısının mübarizə apardığı idman yarışını layiqincə təşkil etdi. Bu il ölkəmizdə “Bakı 2017” IV İslam həmrəyliyi oyunları da baş tutdu. Azərbaycan bu yarışa ev sahiblik etməklə bəşəriyyətin tərəqqipərvər qüvvələri ilə birgə xoş niyyət gerçəkləşdirmək əzmini göstərdi.
Bir sözlə, idmanımız durmadan inkişaf edir. Bu isə o deməkdir ki, biz qarşıdakı illərdə də atletlərimizin möhtəşəm qələbələrinin şahidi olacağıq.
Mehman Davudoğlu

09:00 / 29.09.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 14177
Bu ay: 310833
Ümumi: 10343366
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın