/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

“Qarabağ” dünya mediasında

Şriftin ölçüsü:  11px13px15px17px

Ötən gün “Qarabağ”ın sərgilədiyi performans dünyanın kütləvi informasiya vasitələrinin də diqqətindən yayınmayıb. Aparıcı media orqanları komandamızı təbrik ediblər. Azarkeşlərinə qələbə sevinci yaşadan qarabağ futbol komandasının Çempionlar Liqasının qrup mərhələsinə düşməsi dünyanın aparıcı media orqanlarında işıqlandırılıb. Qardaş ölkə-Türkiyənin “NTV Spor” telekanalı bu münasibətlə komandamızı təbrik edib. Qarabağın qələbəsi ölkə futbol tarixində mühüm hadisə kimi dəyərləndirilib. «TV.bu spor» kanalında da “Qarabağ”ın oyunundan danışılıb. Qələbəyə bərabər məğlubiyyət şərh edilib. Baş məşqçi Qurban Qurbanovun fəaliyyəti yüksək qiymətləndirilib. Yerli oyunçularımızla yanaşı, uğurlu xarici transferlərin də mühüm rol oynadığı vurğulanıb. «Deadspid.com» informasiya portalında da “Qarabağ tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində” başlıqlı məqalə dərc edilib. Yazıda komanda oyunundan, futbolçularımızın fərdi ustalığından bəhs edilib. Baş məşqçinin taktiki gedişləri və oyuna yerində ağıllı müdaxilələri xüsusilə qeyd edilib. Qarabağın tarixə keçən uğuru barədə xəbər uefa-nun rəsmi saytının manşetində də yer alıb. Qurumun facebook səhifəsində isə Qarabağın qələbə sevincini əks etdirən foto paylaşılıb.

13:00 / 24.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 3725
Bu ay: 472431
Ümumi: 13296729
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın