/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

"Qarabağ" "Kopenhagen"lə üz-üzə gələcək

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün "Qarabağ" futbol komandası belə demək mümkündürsə, tarixindəki ən vacib oyununa çıxacaq. Komandamız çempionlar liqasının pley-off mərhələsi çərçivəsində Danimarkada "Kopenhagen"lə üz-üzə gələcək. Ötən həftə Bakıda skandinaviyalıları məğlub edən “ağ-qaralar”, üstünlüklərini qoruyacaqları təqdirdə növbəti tarixi uğura imza atacaqlar. Bu tarixi uğurun adı isə çempionlar liqasının qrup mərhələsidir. 9 il əvvəl qitədə yeni bir komanda "Rusenborq"u mübarizədən kənarlaşdıraraq avropaya gedən yolun ilk cığırını açdı. Bu dəfə də "Qarabağ" yeni tarix yazmağın astanasındadır. Rəqib ötən həftəki danimarka "Kopenhagen"idir. Ancaq ilk oyundan fərqli olaraq bu dəfə "Qarabağ" meydana üstün çıxacaq. Bakıda qazanılan 1:0 hesablı qələbənin sayəsində. Bu Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın qitənin ən nüfuzlu klub turnirində 18-ci matçı olacaq. Bu oyunların tən yarısında qələbə qazanan “köhlən atlar”, 6 dəfə meydandan sülhlə ayrılıblar. Son 4 mövsümün dəyişməz çempionunun passivində 2 məğlubiyyət var. 20 dəfə mrəqiblərini məyus edən təmsilçimiz qapısından 12 top buraxıb. Bəs mütəxəssislər "Qarabağ"ın çətin görüşü haqda nə fikirləşir? Şansları necə dəyərləndirir? Ölkəmizdə fəaliyyət göstərən idman jurnalistləri də nikbindirlər. Onların fikrincə, "Qarabağ" bu tarixi fürsəti əldən verməməlidir. Elə futbol azarkeşləri və sakinlər də tarixi matçda komandamızdan uğur gözləyirlər. Göründüyü kimi, istər mütəxəssislər, istər jurnalistlər, istərsə də azarkeşlər "Qarabağ"ın tarix yazacağına inanırlar. Ümid edirik ki, "köhlən atlar"ın Kopenhagendəki ayaq səsləri bütün Avropanı bürüyəcək və ən azından daha 3 dəfə qitənin ən nüfuzlu klub turnirinin himni paytaxtımızda səslənəcək. Rövşən Əhliman

13:00 / 23.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 4773
Bu ay: 347249
Ümumi: 13836865
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın