/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Nüfuzlu nəşrlər “Formula-1” Azərbaycan qran-prisi barədə reportajlar yayımlayıb

Şriftin ölçüsü:  11px13px15px17px

“Formula-1” Azərbaycan qran-prisi başa çatsa da dünya mətbuatının gündəmində qalmada davam edir. Almaniyanın məşhur media, İspaniya idman portalları, ərəb mediası küləklər şəhərində baş tutan yarış barədə məqalələr dərc edib. Almaniya mediası “Formula-1” lə bağlı hər şeyi detallı şəkildə işıqlandırıb. “Handelsblatt” qəzetində “Formula-1”in gedişatı və texniki məsələlər müzakirə edilib. “Ard” ictimai televiziyasının idman xəbərləri “Sportschau” proqramında da yarışda baş verən məqamlardan bəhs edilib. “Süddeutsche zeitung” qəzetinin 25 iyun buraxılışında formula 1 yarışçılarının qayda pozuntuları, yarışda göstərdikləri səylərdən yazılıb. Qəzetin 26 iyun sayında yer almış digər bir məqalədə isə tamaşaçıların çox maraqlı və həyəcan dolu bir yarış izlədikləri qeyd olunub. “Bild” qəzeti də pilotlar Sebastian Vettel və Levis Hamiltonun gərgin mübarizəsindən bəhs edən məqalə dərc edib. İspaniya mətbuatı da Bakıda baş tutan “Formula 1” yarışlarında müşahidə olunan gərgin mübarizə barədə məqalələr və videoçarxlar yayımlayıb. İspaniyanın avtomobil idmanı sahəsində ixtisaslaşmış “motor.es” portalında yarışlar barədə məqalələr dərc edilib. Portalın redaktoru və analitiki David Plazanın qələmə aldığı yazıda “Formula-1” Azərbaycan qran-prisinin nəticələri geniş təhlil olunub. Məqalədə Bakı trekində 2,2 kilometr uzunluqda yüksək sürətli hissənin mövcudluğu və bunun bolidlərin texniki göstəricilərinin nümayiş etdirilməsi üçün ən uğurlu yer olması qeyd olunur. Ərəb dünyasının aparıcı nəşrləri də Bakıda keçirilən Formula-1 Azərbaycan qran-prisini geniş işıqlandırırlar. Nəşrlərdə dərc olunan məqalələrdə bildirilir ki, Azərbaycan Formula-1 yarışını artıq ikinci ildir qəbul edir. Dünya şöhrətli pilotların iştirak etdikləri Bakı qran-prisi Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsidir. Məqalələrdə turnirin yüksək səviyyədə təşkilindən, startların dünya standartlarına uyğun keçirilməsindən, habelə idmançılar və azarkeşlər üçün hər cür şəraitin yaradılmasından bəhs olunur. Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-ittihad” qəzetində dərc edilmiş məqalədə bildirilir ki, Azərbaycan bu idman tədbiri sayəsində Bakının gözəlliyini və onun dinamik inkişafını bütün dünyaya nümayiş etdirir. “Sky news arabia” telekanalında yayımlanan reportajda xüsusi vurğulanır ki, “Formula-1”-in Azərbaycan mərhələsi özünəməxsusluğu ilə seçilir. Burada pilotlar əsrarəngiz tarixi yerləri əhatə edən bənzərsiz trekdə yarışırlar.

13:00 / 27.06.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 34
Bu gün: 14456
Bu ay: 265652
Ümumi: 13755268
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın