/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Taekvondoçumuz qızıl medal qazandı

Şriftin ölçüsü:  11px13px15px17px

IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına yekun vurulub. Son yarışda təmsilçimiz Ramin Əzizov millimizin aktivinə daha bir qızıl medal yazdırıb. Ən ağırların mübarizəsində final qarşılaşmasında taekevandoçumuz iranlı təmsilçisi Əhməd Məhəmmədi ilə üz-üzə gəlib. Elə ilk dəqiqələrdə döyüşə aktiv başlayan Əzizov 7 xal üstünlük əldə edib. Amma hissənin sonlarına yaxın İran idmançısı aktivinə 4 xal yazdırmağı bacarıb. İkinci hissə isə daha dramatik alınıb. Bu hissədə Ramin rəqibindən bir xal alsa da iranlı idmançı daha 4 xal qazanaraq hesabı bərabərləşdirib. 8-8. 3-cü hissədə isə İran təmsilçisi döyüşü ələ almağı bacarıb. 3-cü hissənin sonlarınadək isə iranlı idmançı daha yaxşı təsir bağışlayıb. Elə bunun da məntiqi nəticəsi kimi hissənin sonuna 7 saniyə qalmış tablodakı rəqəmlər 12-10 hesabı ilə iranlı idmançının xeyrinə olub. Hər kəs qonşularımızın qızıl medalı təmin etdiyini düşündüyü an Ramin möcüzəni reallaşdırıb. O, 3 saniyədə rəqibinin başına iki dəqiq ayaq zərbəsi endirməklə matçın talyeni dəyişib. Və döyüşü 16-13 hesabı ilə öz xeyrinə başa vuraraq 4-cü İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib çıxıb. O bundan sonra göz yaşlarına hakim ola bilməyib.

09:00 / 19.05.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 5660
Bu ay: 375612
Ümumi: 11902380
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın