/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Taekvandoçularmız bir qızıl bir gümüş medal qazandılar

Şriftin ölçüsü:  11px13px15px17px

IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarına start verilib. Azərbaycan taekvandoçuları yarışların ilk günündə bir qızıl və bir gümüş medal qazanıblar. Bakı İdman Sarayında kişilər 54, 58, qadınlar isə 46, 53 və 57 kiloqram çəki dərəcələrində mübarizə aparırdılar. Yarışda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Yaprak Eriş finalda türkiyəli Durdane Altuneli 5:4 hesabı ilə məğlub edərək “Bakı-2017”nin qızıl medalını qazandı.
Bürünc medalları isə iranlı Parsa Tayebeh və Mərakeş idmançısı Nada Laaraj əldə etdilər. Taekvandoçumuz Qaşım Maqomedov isə IV İslam Həmrəyliyi Oyunlarının ikincisi oldu. İdmançımız yarışın finalında iranlı Mahdi Eşaqi ilə qarşılaşıdı. Görüşün əsas vaxtı 21:21 hesabı ilə başa çatdığı üçün qarşılaşmanın taleyini qızıl xal həll etdi. Bu hissədə rəqibinə 0:3 hesabı ilə uduzan qaşim maqomedov gümüş medalla kifayətlənməli oldu. Bürünc medalları isə türkiyəli Deniz Dağdelen və seneqallı Kama Mahomadu Moustapa əldə etdilər.
IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarında qadınlar arasında 46 kiloqram çəki dərəcəsində mübarizənin qalibi türkiyəli Rukiye Yıldırım olub. O, finalda indoneziyalı Dhean Fajrini 19:17 hesabı ilə məğlub edərək islamiadanın taekvando yarışlarının ilk qızıl medalını qazandı. Bürünc medallara iranlı Fatemeh Madahi və tunisli Fadia Ferhani layiq görüldülər. Bu gün Azərbaycan taekvandoçularından 5-i mübarizəyə qoşulacaq.

09:00 / 17.05.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 559
Bu ay: 273070
Ümumi: 10802661
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın