/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

İslam həmrəyliyi oyunlarına rəsmən start verilir

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün Bakıda 4-cü İslam Həmrəylyi Oyunlarının rəsmi açılışı baş tutacaq. Oyunlar mayın 22-dək davam edəcək. İslamiadada 21 idman növü üzrə 54 dövlətdən 3 min idmançı mübarizə aparacaq. Artıq iştirakçı dövlətlərin idmançılarının bir qismi ölkəmizdədirlər. İslam Həmrəylyi Oyunları dörd ildən bir keçirilən beynəlxalq statuslu idman yarışıdır. Turinirdə İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançılar iştirak edirlər. İslam oyunldarının fərqli cəhəti ondan ibarətdir ki, təşkilata üzv olan ölkələrin qeyri-müsəlman vətəndaşları da iştirak edə bilərlər. İlk İslam Oyunları 2005-ci il aprelin 8-20-tarixində Səudiyyə Ərəbistanıda baş tutub. Burada 55 dövlətdən 15 idman növü üzrə 6 min idmançı çıxış edib. Ən çox medan qazanan ölkə elə Səudiyyə Ərəbistanı olub. İkinci İslam Oyunları 2009-cu ildə İranda keçirilməli idi. Ancaq tarix 2010-cu il aprel ayına dəyişdirildi. Sonradan fars körfəzinin adı ilə bağlı İran və ərəb ölkələri arasında fikir ayrılığı səbəbindən oyunlar ləğv olundu. Üçüncü İslam Oyunları 2013-cü il 22 sentyabr 1 oktyabr tarixində İndoneziyada baş tutudu. Turnirdə 44 dövlətdən 13 idman növü üzrə 1769 idmançı iştirak etdi. Ən çox medal qazanan ölkə elə İndoneziya oldu. Dördüncü İslam Həmrəylyi Oyunlarına isə paytaxtımız ev sahiblyi edir. Oyunların 12-22 may tarixində keçirilməsi nəzərdə tutulub. Bu ilki oyunlarda 54 dövlətdən 3 min idmançı 21 idman növü üzrə yarışacaq. Oyunlarda ölkəmizin da çox medal qazanacağı gözlənilir. Həmçinin bu dəfəki İslam Həmrəyliyi oyunlarına Azərbaycanın milli oyunu olan zorxana idman növü də daxil edilib. Qeyd edək ki, hələ 2014-cü ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəylyi İdman Federasiyasının 8-ci Baş Assambleyasının iclasında Azərbaycan 2017-ci ildə 4-cü İslam Həmrəylyi Oyunlarına ev sahiblyi etmək hüqüqü qazanıb. Bir sözlə ölkəmizin beynəlxalq müsabiqə və yarışların keçirilməsində böyük təcrübəsi var və bunun da öhtəsindən layiqincə gəlir.

09:00 / 12.05.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 558
Bu ay: 273069
Ümumi: 10802660
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın