
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Muxtar Respublika Güləş Federasiyası ilə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən güləş turniri keçirilir. Yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan turnirinin açılışnda gənclər və idman naziri Azad Rəhimov da iştirak edib. O ümumilikdə ölkədə, o cümlədən Naxçıvanda idmana göstərilən dövlət qayğısı və bunun əsasının da ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Naxçıvanda son illər güləşin inkişafından danışan Muxtar Respublika Güləş Federasiyasının sədri Azər Zeynalov ənənənin bu gün də davam etdiyini bildirib. Sonra konsert proqramı olub. Yarışlara start verilib. İki gün davam edəcək turnirdə 110 dan artıq güləşçi 10 çəki dərəcəsində qələbə uğurunda mübarizə aparacaqlar.
09:00 / 04.05.2017