/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Kikboksinq yarışı keçirildi

Şriftin ölçüsü:  11px13px15px17px

Naxçıanda kikboksinq üzrə peşəkarlar arasında reytinq və kəmər döyüşləri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyini Azərbaycan Kikboksinq Federasiyası ilə birgə təşkil etdiyi yarışda 14 idmançı öz gücünü sınayıb.
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 94 cü il dönümüm münasibətilə keçirilən kikboksinq turniri Şərur şəhərindəki Olimpiya İdman Mrəkəzində keçirildi. 7 çəki üzrə ən güclü və reytinqli idmançılar naxçıvanlı kikboks azarkeşlərinə əsl idman mübarizəsini seyr etdirdilər. 7 çəki dərəcəsində keçirilən yarışda idmançılar həm reytinq döyüşləri həm də kəmər uğurunda mübarizə aparırdılar. 60 kq lıq çəki dərəcəsində kəmərin sahibi ikiqat Avropa çempionu 21 yaşlı Zöhrab Əzimov və 75 kq çəki dərəcəsində dünya və Avropa çempionu 21 yaşlı Emil Mövsümzadə oldu.
Ümumilli lider Heydər Əliyevin anadan olması münasibətilə keçirilən kikboksinq üzrə yarış artıq 9 cu dəfədir baş tutur. Bu turnir ənənə halını alıb. Naxçıvanda isə 3 cü ildir ki Şərur Olimpiya İdman Kompleski bu mötəbər turnirə ev sahibliyi edir. Bu ilki yarışlara 14 yerli idmançı qatılsa da gələcəkdə yarış daha geniş şəkil alacaq. Bir gün davam edən yarışın sonunda hər bir çəki üzrə qaliblərə kuboklar təqdim edildi. Bu turniri keçirməkdə məqsəd gənclərin bu idman növünə marağını artırmaqdır.

Səməd Canbaxşiyev

09:00 / 03.05.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 2764
Bu ay: 365964
Ümumi: 13855580
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın