/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Dörddəbir final mərhələsinin ilk turunun növbəti oyunları keçirildi

Şriftin ölçüsü:  11px13px15px17px

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk turunun növbəti oyunları keçirilib. Günün ən maraqlı oyunu “Bavariya” və “Real Madrid” klubları arasında oynanılıb. Bu qarşılaşmada Kriştianu Ronaldo rekorda imza atıb.
Dörddəbir final mərhələsinin ən maraqla gözlənilən oyunu “Bavariya” və “Real Madrid” klubları arasında oldu. İlk hissəni “Bavariya” klubu 1:0 öndə başa vurdu. Oyunun 25-ci dəqiqəsində hesabı açan Arturo Vidal birinci hissənin sonlarına yaxın “Real Madrid” klubunun qapısına təyin olunan penaltini dəqiq yerinə yetirə bilmədi. İspaniya təmsilçisi ikinci hissəyə qolla başladı. Oyunun 47-ci dəqiqəsində Kriştiano Ronaldo qonaq komandanın bərabərlik qolunu vurdu. Qarşılaşmanın 61-ci dəqiqəsində isə Kriştiano Ronaldoya qarşı kobudluq edən Xavier Martinez qırmızı vərəqə alaraq meydan sahiblərini çətin vəziyyətə saldı. On nəfərlə mübarizə aparan “Bavariya” klubu oyunun 77-ci dəqiqəsində qapısından daha bir qol buraxdı. Kriştiano Ronaldo topu Manuel Noyerin ayaqları arasından tora göndərdi. Qarşılaşma 1:2 hesabı ilə Madrid təmsilçisinin xeyrinə başa çatdı. Bu qarşılaşmada Kriştianu Ronaldo həmçinin rekorda imza atdı. “Real”ın futbolçusu çl-nin 1/4 final mərhələsinin ilk oyununda “Bavariya”ya iki qol vuraraq Avropa kuboklarında 100-cü dəfə fərqləndi. Bu dublla portuqaliyalı futbolçu avrokuboklarda 100 top vuran ilk futbolçu oldu.
Turun digər qarşılaşmasında Madridin “Atletiko” klubu doğma meydanda son illərin sürpriz komandası olan “Lester siti”ni 1:0 hesabı ilə məğlub edib. Oyunun 28-ci dəqiqəsində “Atletiko” klubunun hücumçusu Antuan Qrizman rəqibin qapısına təyin olunan penaltini qola çevirib. Günün ilk qarşılaşmasında isə Almaniyanın digər təmsilçisi “Borussiya” öz meydanında fransanın “Monako” klubuna 2:3 hesabi ilə məğlub olub. Xatırladaq ki, aprelin 11-də keçirilən dörddəbir final mərhələsinin ilk oyununda “Yuventus” komandası doğma meydanda “Barselona”nın qapısından üç cavabsız top keçirib.

09:00 / 13.04.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 2799
Bu ay: 515315
Ümumi: 13339613
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın