/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Çempionlar liqasında 2 aylıq fasilə başa çatdı

Şriftin ölçüsü:  11px13px15px17px

Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar liqasında 2 ay davam edən fasilə başa çatdı. Bu gecə səkkizdəbir final mərhələsinin ilk görüşləri keçirildi. Hər iki qarşılaşmada fovarit komandalar meydanı məğlubiyyətlə tərk etdi. Portuqaliyanın “Benfika” komandası Dortmund “Borussiya”sı ilə üz-üzə gəldi. Portuqaliya çempionatının lideri güclü rəqibi qarşısında minimalhesablı qələbə qazandı. Mitroğlunun 48-ci dəqiqədə vurduğu qol matçda yeganə qol oldu. "Borussiya"da isə Obameyanq penaltidən yararlana bilmədi. Günün əsas qarşılaşması Parisdə baş tutdu. Burada «PSJ» “Barselona”nı qəbul edirdi. Matç sürpriz nəticə ilə yekunlaşdı. Belə ki, «PSJ» sensasiyaya imza ataraq Kataloniya klubunu 4:0 hesabı ilə darmadağın etdi. »PSJ»- dən qollarıdan ikisini Di Mariya, digər iki qolu isə Draksler və Kavani vurdular. Bu mərhələdə cavab qarşılaşmaları bir həftə sonra - fevralın 21-də və 22-də oynanılacaq.

09:00 / 15.02.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 6180
Bu ay: 134802
Ümumi: 14269163
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın