/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Güləşçilərimiz uğurlu çıxış etdilər

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan güləşçiləri Rusiyada təşkil edilən ənənəvi Kontinentlərarası Kubok yarışında Azərbaycanın ən güclü güləş ölkələrindən biri olduğunu sübut ediblər. Gərgin mübarizə şəraitində keçən komandalararası yarışda milli yığmamız Türkiyə, İran və Rusiya milli yığmaları ilə gücünü sınayıb. Qadınlaraın final görüşünün məhz Azərbaycan və Rusiya arasında gedəcəyini öncədən bütün mütəxəsislər zənn edirdi. Hər iki ölkəni, yarışın şərtlərinə görə 18 yaşından 23 yaş həddinə qədər ən güclü idmançılar təmsil edirdi. Azərbaycan güləşçisi Patimat Baqomedova görüşün bitməsinə 10 saniyə qalmış fənd işlətməklə yığmamıza bir bal gətirdi. İdmançıçımız Tatyana Omelçenko da görüşdən 6-1 hesabıyla qələbə ilə ayrıldı. Eliz Monolova üçün görüş çətin keçdi. Rəqibindən 6 kiloqram yüngül olsa da görüşü qələbə ilə başa vurdu. Digər 3 çəki dərəcəsində rusiyalılar qələbə qazanmaqla yarış 3-3 bitsə də, texniki xal hesabıyla Kontinentlərarası kubok Rusiya milli yığmasına nəsib oldu.
Qadın güləşçilərdən sonra yunan Roma güləşi üzrə komandaların təltifetmə mərasimi keçrildi. Azərbaycan klassiklərinin 3 cü yeri bölüşməsindən narazı qalmayan məşqçi 3 cü olmalarının səbəbini yarışa əsas tərkibdə qatılmamağımızla əlaqələndirdi. Sərbəst güləş üzrə qarşılaşmanın gərgin keçəcəyi əvvəlcədən məlum idi. Çünki hər iki yığmanı titullu idmançılar təmsil edirdi. 57 kiloqram çəki dərəcəsində Mahir Əmiraslanov rəqibindən güclü olmaqla komandamızı önə çıxardı. Ikinci qələbəni 65 kiloqram çəki dərəcəsində komandamıza Teymur Məmmədov gətirməklə hesabı 2-0 Azərbaycanın xeyrinə etdi. 86 kiloqram çəki dərəcəsində güləşən Murad Süleymanov yeniyetmələr arasında dünya çempionu olmuş Arsenəli Musaləliyevi məğlub etdi. Digər 3 çəki dərəcəsində isə Rusiya idmançıları daha güclü olduqlarını sübut etdilər. Komandaların görüşü 3-3 hesabıyla bitsə də texniki xal hesabı 12-11 Rusiya yığmasının xeyrinə olduğundan sərbəst güləşçilərimiz kubokun gümüş medalına layiq görüldü. İndi bütün dünyanın güləşçiləri, həm də yarışın şərtlərinə görə ən güclülər Bakıda noyabrın 24 dən 26 na kimi keçriləcək Qızıl Qran Pri turnirinə hazırlaşır.

Anar Həsənov

13:00 / 14.11.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 9854
Bu ay: 544756
Ümumi: 15311297
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın