/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

“Qarabağ” növbəti qələbəsini qazandı

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gecə futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Ağdam təmsilçisi “Qarabağ” səfərdə Yunanıstanın “Paok” komandası ilə qarşılaşıb. Oyunun ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. “Qarabağ” futbolçuları rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsalar da, ilk hissədə hesab açılmayıb. Kinci hissəyə daha fəal başlayan “Qarabağ” görüşün 69-cu dəqiqəsində istəyinə çatıb. Miçel topu qapının uzaq küncünə vuraraq hesabı açıb. Qoldan sonra rəqib, qapımız qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaratsalar da, hesab dəyişməyib. Beləliklə, görüş “Qarabağ”-ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində Qarabağ xallarının sayını 7 çatdıraraq qurupda ikinci olub. Digər təmsilçimiz “Qəbələ” isə Fransanın “Sent-etyen” komandasıını qəbul edib. Komandalar oyuna sürətli hücumlarla başlayıblar. “Qəbələ” 39-cu dəqiqədə istəyinə çatıb. Ruslan Qurbanov komanda yoldaşının vurduğu zərbəni başı ilə tamamlayaraq “Qəbələ”-ni hesabda önə çıxarıb - 1:0. Ancaq təmsilçimiz hesabı qoruya bilməyib. “Sent-etyen” 45-ci dəqiqədə hesabı bərabərləşdirib - 1:1. Komandalar fasiləyə bu hesabla yollanıb. İkinci hissədə qalibiyyət üçün hücumlarını bir qədər də artıran təmsilçimiz əvəzində öz qapısında qol görüb- 1:2. Qalan vaxta bütün qüvvə ilə hücuma atılan “Qəbələ” hesabda dönüş yarada bilməyib.

09:00 / 04.11.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 2448
Bu ay: 514964
Ümumi: 13339262
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın