
Futbol üzrə Azərbaycan yığma komandası 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu səfərdə Çexiya millisinə qarşı keçirib. Çexiyanın “Metski” stadionunda baş tutan qarşılaşmada hesab açılmayıb. Meydan sahibləri qarşılaşmada üstün oyun nümayiş etdirsələr də, futbolçularımız qapılarını toxunulmaz saxlayyıb. Beləliklə olduqca mühüm olan bir xalı milli komandamızın aktivinə yaza bilib. Komandamızın yer aldığı “C” qrupunun digər oyununda isə Almaniya yığması evdə Şimali İrlandiya millisinin qapısından iki cavabsız top keçirib. Norveç millisi isə doğma meydanda San-Marino yığmasını 4:1 hesabı ilə məğlub edib. Beləliklə, seçmə mərhələnin üçüncü turundan sonra Azərbaycan milli komandası 7 xalla qrupda Almaniyadan sonra ikinci sırada qərarlaşıb. Şimali İrlandiya yığması 4 xalla üçüncü, Norveç isə 3 xalla dördüncüdür. Qrupun favoritlərindən hesab olunan Çexiya yığması üç oyundan iki xal toplayaraq beşinci sıradadır. Qrupda sonuncu pillədə isə hər üç oyunda məğlub olan San-Marino millisi qərarlaşıb. Yığmamız növbəti oyununu noyabrın 12-də səfərdə Şimali İrlandiya yığmasına qarşı keçirəcək.
09:00 / 12.10.2016