/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Azərbaycan idman ölkəsi olduğunu bütün dünyaya növbəti dəfə sübut etdi

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan növbəti dəfə idman ölkəsi olduğunu bütün dünyaya sübut edib. Odlar yurdu buna 42-ci Ümumdünya Şahmat Olimpiadasını uğurla qəbul edib və layiqincə yola salmaqla nail olub. Ötən gecə 175 ölkənin zəka sahiblərinin qatıldığı mötəbər yarışın bağlanış mərasimi keçirilib.
Əvvəlcə sizə yarışın açılış mərasimi və ümumiyyətlə turnirin təşkilatçılığına nəzər yetirək. Sentyabrın ilk gününə təsadüf edən Olimpiadanın açılış gecəsi də uzun müddət yaddaşlardan silinməyəcək. Tədbirdə əvvəlcə ölkəmizdə Şahmatın inkişafına həsr olunan video-çarx nümayiş olundu. Ardınca milli və müasir rəqslər, həmçinin 176 nağaraçının müşayiəti ilə bayraqlar paradından ibarət möhtəşəm və heyrətamiz tamaşa təqdim edildi. Yarışın ilk günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oyun zalını ziyarət etdi. Dövlət Başçısı millimizin üzvü Şəhriyar Məmmədyarovla Zimbabve təmsilçisi Rodvell Makatonun qarşılaşmasında ilk gedişi etdikdən sonra Olimpiadanın sərgi zalına baş çəkdi. Yaradılan şəraitdən razı qaldığını deyən ölkə başçısı, təşkilaçılığı yüksək qiymətləndirdi. Beləliklə də ölkəmizdə daha bir mötəbər yarışa rəsmən start verildi.
6 turdan sonra yaranmış 1 günlük fasiləyə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva son qoydu. Bakı Kristal Zalına təşrif buyuran Leyla Əliyeva Norveç komandasının üzvü, dünya çempionu Maqnus Karlsenlə fillipinli Xulio Katalino ilə oyunda ilk gedişi etdi. Bundan sonra komanda üzvlərimizlə görüşən Leyla Əliyeva, şahmatçılarımıza dəstək olduğunu bildirdi. Ötən gün günorta yekunlaşan yarışın bağlanış mərasimi siə axşam saatlarına təsadüf etdi. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. 42-ci Şahmat olimpiadasının açılış mərasimi kimi, bağlanışı da uzun müddət yaddaşlardan silinməyəcək. Mötəbər yarışın son gecəsində 4000 minə yaxın tamaşaçı iştirak edir. Daha sonra yarışın qalibləri mükafatlandırıldı. Müxtəlif nominasiyalar üzrə mükafatları şahmatçılara turnirin direktoru Panayotis Nikolopulos, Olimpiadanın baş hakimi Faiq Həsənov, Gənclər və İdman Naziri Azad Rəhimov və FİDE prezidenti Kirsan İlyumjinov təqdim etdi.
Xatırladaq ki, kişilərin yarışında Amerika Birləşmiş Ştatları, Ukrayna və Rusiya kollektivləri, qadınların mübarizəsində isə Çin, Polşa və Ukrayna komandalarına müvafiq olaraq qızıl, gümüş və bürünc medallara layiq görülüblər. Mükafatlandırma mərasimindən sonra çıxış edən FIDE-nin prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə təşəkkür etdi. Şahmatın inkişafına davamlı dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Kirsan İlyumjinov, ölkəmizin beynəlxalq yarışlara həmişə yüksək səviyyədə ev sahibliyi etdiyini də vurğuladı. Mərasimin sonunda Azərbaycanın Əməkdar Artisti Sevda Ələkbərzadənin ifa etdiyi “Sarı gəlin” mahnısı tamaşaçılar tərəfindən yüksək coşqu ilə qarşılandı.

Anar Heydərli

13:00 / 14.09.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 16856
Bu ay: 371091
Ümumi: 12549478
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın