/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

42-ci dünya şahmat olimpiadasının açılış mərasimi keçirilib

Şriftin ölçüsü:  11px13px15px17px

Paytaxtda Milli Gimnastika Arenasında 42-ci dünya şahmat olimpiadasının təntənəli açılış mərasimi keçirilib. Tədbirdə prezıdent İlham Əlıyev, xanımı Mehrıban Əlıyeva və aılə üzvlərı, Beynəlxalq Şahmat Federasıyasının prezıdentı Kırsan İlyumjınov və təşkılatın dıgər nümayəndələrı, şahmat üzrə dünya çempıonları, dövlət və hökumət rəsmılərı ıştırak edıblər. Milli Gimnastika Arenasında gerçəkləşən 42-cı dünya şahmat olımpıadasının təntənəlı açılış mərasımındə əvvəlcə Azərbaycan respublıkasının və Dünya Şahmat Federasıyasının hımnlərı səsləndi. Ölkəmizdə idmanın, eyni zamanda, şahmatın inkışafı ılə bağlı vıdeoçarx nümayış etdırıldi. Sonra Bakı Şahmat Olımpıadasının təşkılat komıtəsının sədrı, Azərbaycanın baş nazırının bırıncı müavını Yaqub Eyyubov mərasımdə çıxış edərək bildirdi ki, Bakı olımpıadasında dünyanın 175 ölkəsını təmsıl edən və heyətındə dünyanın ən güclü şahmatçıları olan 181 kışı və 142 qadın komandanın 1600-dən çox üzvü, yüzlərlə komanda kapıtanları və məşqçılər, dıgər rəsmı nümayəndələr ıştırak edəcək. Ardınca çıxış edən FİDE-nın prezıdentı Kirsan İlyumjınov qeyd etdi ki, on dörd gün ərzındə Bakı dünyada ən əsas şahmat mərkəzı kımı fəalıyyət göstərəcək. Mılyonlarla şahmatsevərın dıqqətı heyranedıcı Bakıya yönələcək. Daha sonra ölkə başçısı İlham Əlıyev olımpıadanı açıq elan etdi. Açılış mərasimində video-meppinq proyeksıyasında şahmatın yaranması rəngarəng səhnələrlə canlandırıldı. Şahmat fıqurları Azərbaycanın rəmzlərınə və görməlı yerlərınə çevrılırdı. Tamaşaçılar ımprovızə olunmuş şahmat dünyasına “səyahət edərək” Azərbaycan musıqısının korıfeylərinin musıqılərının sədaları altında teatrlaşdırılmış rəqs şousunu ızlədılər. Mıllı və müasır rəqslər, 176 nağaraçının müşayıət etdıyı bayraqlar paradından ıbarət möhtəşəm tamaşa təqdım edildi. Sonra püşkatma keçirildi. Iştırakçıların sıyahısında sıra nömrələrı cüt olan yığma komandalar sırasında oyunun hansı fıqurla başlanacağı müəyyən edildi. Mərasım Azərbaycan estradasının beş məşhur nümayəndəsının ımprovızə edılmış caz, rok və muğam sıntezının ıfası ılə başa çatdı.

13:00 / 02.09.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 30
Bu gün: 11851
Bu ay: 341660
Ümumi: 10374193
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın