/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

42-ci şahmat Olimpiadasına hazırlıqlar davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycanda keçiriləcək 42-ci şahmat Olimpiadasına hazırlıq prosesi davam edir. Olimpiyadanın başlamasına bir həftədən də az müddət qalır. Hər kəs açılış mərasımının yaddaqalan və möhtəşəm olması üçün əlindən gələni edir. Nəz az nə çox, 400 nəfər. İştirakçı və işçi heyəti... Rəqqaslar, mütəxəssis xareoqraflar, çalğıçılar... Hər biri açılışın möhtəşəm keçməsi üçün durmadan əmək sərf edir. Məqsəd ənənəvi şahmat yarışına ilk dəfə ev sahibliyi edən ölkəmizin qədimliyini, 180 fərqli ölkədən gələn əcnəbilərə nümayiş etdirməkdir. Təşkılatçılar əmindir ki, açılışda 177 nağara ifaçısından ibarət kompozisiya hər kəsin təəccübünə səbəb olacaq. 3000 iştiırakçı isə bütün bu gözəllikləri tamaşaçı kürsüsündən izləyəcək. Rəqqasların ifa etdiyi kompazisiyaların xareoqrafı respublikanın xalq artisti Təranə Muradovadır. Əməkdar artist Rəşad Həşimov isə məhz bu Olimpiyada üçün yeni musiqilər bəstələyib. Sentyabrın birinə planlaşdırılan açılış mərasimi bir saat davam edəcək. Bu dəfə Azərbaycanın ev sahibliyi edəcəyı Olimpiyada ənənəvi axarından uzaq, özünəməxsusluğu və fərqliliyi ilə yaddaşlarda qalacaq.

19:00 / 26.08.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 12172
Bu ay: 181327
Ümumi: 14315688
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın