/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

İdmançılarmız vətənə qayıtdılar

Şriftin ölçüsü:  11px13px15px17px

Rio de Janeroda ümumilikdə 18 medal qazanmaqla idman tariximizdə yeni səhifə açan atletlərimiz vətənə qayıdıb. Onları hava limanında azarkeşlər qarşılayıb. İdmançılarımız ilk təssüratlarını jurnalistlərlə bölüşüblər. Hava limanında əsl bayram abu-havası yaşanırdı. İdmançılarımız milli musiqinin sədaları altında qarşılandılar. Daha sonra bütün idman ictimayəti və azarkeşlər şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Önünə gül dəstələri qoydular. Gənclər və idman nazirinin müavini İsmayil İsmayilov qeydə alınan nəticələrin çox uğurlu olduğunu qeyd etdi. Rioda və taekvando tariximizdə ilk qızıl medalı qazanan Radik İsayev uğurunun davamını gətirəcəyinə söz verdi. Taekvando tariximizdə ilk olimpiya medalını qazanan Patimat Abakarova isə nəticəsinin yüksək olmadığına görə təssüflənir. Qeyd edək ki, bu il idmançılarımız rekord sayda, 18 medal qazandılar. Bunlardan 1-i qızıl, 7-si gümüş, 10 isə bürünc medal oldu. İdmançıların sayına görə qazanılan medallarda isə ölkəmiz 1-ci yeri tutdu.

13:00 / 24.08.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 8733
Bu ay: 381154
Ümumi: 10910745
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın