/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

31-ci yay Olimpiya oyunları tarixə qovuşdu

Şriftin ölçüsü:  11px13px15px17px

Rio-2016 31-ci yay Olimpiya oyunları tarixə qovuşdu. 4 illiyin ən mötəbər turniri komandamız üçün uğurlu oldu. Braziliyada himnimiz yalnız 1 dəfə səslənsə də, ümumilkdə qazanılan 18 medal seçməmiz üçün rekord olub. Avqustun 5-də start götürən 31-ci yay Olimpiya oyunlarında qızıl medal sevincini yaşamaq üçün 16 gün səbr eləməli olduq. Bu həsrətə isə taekvondoçumuz Radik İsayev son qoydu. Ağırlığı 80 kq-dan yuxarı olan idmançılarla döyüşən dünya və Avropa çempionumuz, rəqiblərinə göz açmağa imkan vermədi və sonda fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. İdmançımızın uğuru bütün xalqımızı sevindirdi. İdmançımızı ilk təbrik edənlərdən biri də ölkə başçısı oldu. Olimpia çempionumuza zəng edən Milli Olimpia Komitəsinin sədri, ölkə prezidenti İlham Əliyev onun bu inamlı qələbəsinin bütün Azərbaycan xalqını sevindirdiyini bildirdi. Dövlət başçısı qeyd etdi ki, Radik İsayev əvvəllər də öz çəki dərəcəsində dünyanın ən güclüsü olduğunu sübut edib. Dünya çempionatında qələbə qazanan taekvondoçumuz, indi də olimpiya çempionu adına layiq görüldü. Prezident İlham Əliyev idmançımıza yeni-yeni uğurlar və qələbələr arzuladı. Qeyd edək ki, bu, Azərbaycanın olimpiadalar çərçivəsində təşkil edilən taekvondo yarışlarında qazandığı ilk qızıl medal oldu. Bu növdə ümumiyyətlə ilk mükafatı isə Patimat Abakarova aktivinə yazdırıb. 49 kq çəkili qadın taekvondoçularla yarışan Abakarovanın qazancı bürünc medal olub. 80 kq çəki dərəcəsindəki təmsilçimiz Milad Beiqi Harşeqani də olimpiadanı 3-cü pillədə başa vurub. Olimpiya oyunlarında ilk dəfə mükafat qazandığımız idman növlərindən biri də avarçəkmədir. Əvvəlcə kanoeçimiz İnna Osipenko-Radomska 1 nəfərlik qayıqla 200 m məsafəyə yürüşdə bürünc medala layiq görülüb. Ardınca Valentin Demyanenko kanoe yarışlarında eyni məsafədə 2-ci olub. 4 illiyin ən mötəbər yarışlarında daha 1 ilkə boksçumuz Lorenzo Sotomoyor imza atıb. 64 kq çəki dərəcəsində qüvvəsini sınayan dəri əlcək ustamız həlledici görüşdə məğlub olsa da, olimpiya oyunlarında ilk dəfə finala adlayan boksçumuz kimi tarixə düşüb. Ağırlığı 75 kq-dək olan boksçularla rinqə çıxan Kamran Şahsuvarlı yarımfinalda büdrəyərək bürünc medalla kifayətlənib. Londonda fiaskoya uğrayan cüdoçularımızda isə irəliləyiş göz qabağındadır. Komandamızın 2 üzvü finaladək irəliləyib və gümüş medala layiq görülüb. Rüstən Orucovla Elmar Qasımov müvafiq olaraq 73 və 100 kq çəki dərəcəsində olimpiya oyunlarını 2-ci pillədə başa vurub. Tək olimpiadalarda yox, bütün turnirlərdə qızıl medal ümidlərimizdən olan güləşçilər Rioda himnimizi səsləndirə bilmədilər. Bununla belə pəhləvanlarımız yarışda qazanılan 18 medalın tən yarısını aktivlərinə yazdırıblar. Həlledici görüşə 3 güləşçimiz vəsiqə qazansa da, heç biri fəxri kürsünün zirvəsində yer almayıb. Mariya stadnik 3 saniyənin güdazına gedib. Toğrul Əsgərov 2 qat olimpiya çempionu olmaq, Xetaq Qazyumov isə ilk dəfə bu sevinci yaşamaq şansısı əldən verib. Daha 6 bahadırımız turniri 3-cü pillədə başa vurub. Nəticədə 1-i qızıl, 7-si gümüş, 10-u bürünc olmaqla, ümumilikdə 18 medal qazanan komanda üzvlərimiz olimpiya oyunları tarixində ən böyük nailiyyətlərinə amza atıblar. Bu gecə Bakı vaxtı ilə saat 03:00-da Braziliyanın Rio-De-Janeyro şəhərindəki “Marakana” stadionunda XXXI yay olimpiya oyunlarının möhtəşəm bağlanış mərasiminə start verildi. Əvvəlcə sambaçıların ifasında Rionun görməli yerləri, olimpiya halqaları təqdim olundu. Və musiqili hissə başladı. “Rio-2016”da iştirak edən ölkələrin bayraqları səhnəyə gətirildikdən sonra yarışın mükafatçılarının paradı oldu. Olimpiya oyunlarının vətəni sayılan Yunanıstanın dövlət bayrağının qaldırılması və dövlət himninin səsləndirilməsindən sonra olimpiya bayrağı 2020-ci ildə növbəti olimpiadaya ev sahibliyi edəcək Tokio şəhərinin meri xanım Yuriko Koikoya təqdim olundu. Yaponiyanın dövlət himni səsləndirildi. Bununla da 31-ci yay olimpiya oyunları tarixə qovuşdu.

13:00 / 22.08.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 8384
Bu ay: 380805
Ümumi: 10910396
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın