/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

31-ci Yay Olimpiya oyunlarının açılışı olub

Şriftin ölçüsü:  11px13px15px17px

Avqustun 6-da Bakı vaxtı ilə saat 03:00-da Braziliyanın Rio-De-Janeyro şəhərindəki “Marakana” stadionunda 31-ci Yay Olimpiya oyunlarının möhtəşəm açılış mərasimi olub. Mərasimdə 300 rəqqas, 5 min nəfər könüllü iştirak edib. Mərasimdə istifadə olunması üçün 12 min kostyum hazırlanıb. Açılış mərasimindən bir qədər əvvəl Olimpiya məşəlini futbolun əfsanəsi Pelenin alovlandırmayacağı açıqlanıb. Olimpiya oyunlarını televiziya, internet üzərindən üç milyard insan canlı izləyib. 31-ci Yay Olimpiya oyunlarinin Olimpiya məşəli 26 min kilometrlik səyahətindən sonra Marakana stadionuna gətirildi və oyunların açılışına start verildi. Mərasimdə ilk olaraq ətraf mühitin qorumnasına diqqət çəkildi. Daha sonra minlərlə işıq effekti ilə “Həyatın yaradılışı” adlı kompozisiya təqdim olundu. Bu kompozisiyada ölkənin füsunkar təbiəti və yeri əhalisi, portuqaliyalıların hücumu, Afrikadan kölələrin gətirilməsi, miqrant axını nəticəsində Braziliya xalqının formalaşması möhtəşəm görüntülərlə əks olundu. “Marakana” stadionunda quraşdırılan böyük səhnədə Olimpiya oyunlarının əsas dəyərlərindən sayılan sülhü təmsil edən görüntülər də nümayiş olundu. Məşhur müğənni Paulinho da Violanın ifasında Braziliyanın dövlət himni səsləndirildi və bu ölkənin bayrağı qaldırıldı. Sonra ölkələrin Olimpiya komandalarının keçidi oldu. Azərbaycan yığma komandası 31-ci Yay Olimpiya oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə - idmanın 18 növü üzrə 56 idmançı ilə qatılıb. Bu, ötən Olimpiya oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunur. Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya oyunlarının iştirakçısıdır. Rio-De-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunur. Olimpiya oyunları Braziliyanın 4 şəhərində keçiriləcək. 17 gün davam edəcək Olimpiyadada 306 yarış nəzərdə tutulub. Ümumilikdə idmançılar 2102 medal uğrunda mübarizə aparırlar. Yarışların keçirilməsi üçün 37 idman arenası ayrılıb. Braziliya hökuməti təhlükəsizlik məsələlərini ən yüksək səviyyədə təmin etmək üçün təlükəsizlik qüvvələrini səfərbər edib.

13:00 / 06.08.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 12205
Bu ay: 181360
Ümumi: 14315721
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın