/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Atletlər kəndində bayrağımız qaldırıldı

Şriftin ölçüsü:  11px13px15px17px

Olimpiadada mübarizə aparacaq atletlərimiz və Azərbaycanın nümayəndə heyəti artıq Braziliyadadır. Rio-de-janeyro şəhərində keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarında mübarizə aparacaq idmançılarının qaldıqları atletlər kəndində bayrağımızın qaldırılma mərasimi də keçirilib. Mərasimdə baş nazirin 1-ci müavini Yaqub Eyubov, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, Azərbaycan respublikasının Braziliyadakı səfiri Elnur Sultanovla yanaşı idmançılar və federasiya nümayəndələri iştirak edibdilər. Braziliyanın adət ənənələrini, tarixini özündə əks etdirən rəqsin nümayişindən sonra olimpiya himni səsləndirilib. Ardınca çıxış edən olimpiya kəndinin meri, basketbol idmanı üzrə ikiqat olimpiya çempionu Janet Alkeyn idmançıları salamlayaraq, onlara bu mötəbər yarışda uğurlar arzulayıb. Daha sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov səhnəyə dəvət olunub. O, Janet Alkeynə xatirə hədiyyəsi təqdim edib. Sonda Azərbaycan himninin sədaları altında 3 rəngli bayrağımız qaldırılıb. Azərbaycanla yanaşı Lixtenşteyn, Kolumbiya, Çin Taypeyinin də bayraqlarının qaldırılma mərasimi baş tutub. Mərasimdən sonra nazir Azad Rəhimov və digər rəsmilər Azərbaycan idmançılarının qaldıqları otaqlarla tanış olublar.

13:00 / 04.08.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 12599
Bu ay: 181754
Ümumi: 14316115
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın