/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Formula-1 Avropa qranprisinə start verilir

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gündən etibarən Bakıda «Formula-1» üzrə Avropa qran-prisinə start verilir. Səhər saat 10-dan etibarən «Formula-1» şəhərciyi bileti olan tamaşaçılar üçün açıq elan olunub. Yarışların ilk günü isə pilotların test xarakterli yürüşlərilə davam etdiriləcək. Avropa qran-prisi ilə bağlı ən xırda detallarınadək bütün məlumatları isə sıradakı reaportajımızda biləcəksiniz.
Paytaxtımızda ilk dəfə keçiriləcək yarış məşhur pilotların avtoqraf sessiyası ilə başlayıb. Ardınca gptu və “Formula-1” pilotları treklə tanış olublar. Saat 15-də isə «GP2» üzrə seçmə mərhələnin startı veriləcək. Bakıda baş tutan 8-ci mərhələyə əvvəlki kimi 11 komandanın tərkibində 22 pilot qatılıb. “Mercedes”-in heyətində Niko Rosberq, Luis Hamilton, “Ferrari”nin heyətində kimi Raykkonenlə Sebastyan Fettel, “Uilliams”-ın heyətində Felipe Massa ilə Valtteri Bottas, “Red bull”-un heyətində Daniel Rikkardo ilə Maks Ferstappen, “Force ındia”-nın heyətində Serxio Pereslə Niko Hyulkenberq, “Renault”-da Kevin Maqnussenlə Colion Palmer, “Toro rosso” Daniil Kvyatla Karlos Sayns-ml., “Sauber”-də Markus Erikssonla Felipe Nasr, “Mclaren”-də Fernando Alonso Censon Batton, MRT-da Rio Xaryanto Paskal Verlyayn və “Haas”-da Romen Qrojanla Esteban Qutyerres kimi məşhur pilotlar Bakı trekində mübarizə aparacaq. Formula -1 üzrə məşhur ekspert Cristian Dinnerin sözlərinə görə, Bakıda pilotları gərgin mübarizə gözləyir. Artıq pilotların əksəriyyəti Bakı trekində test yürüşlərini başa vurublar. Dünyanın ən ideal treklərindən sayılan Bakı qran-prisində pilotlar ümumilikdə 306,306 kilometr yol qət etməli olacaqlar. Bunun üçün sürücülər uzunluğu 6,006 kilometr olan bakı trekini 51 dəfə dövr etməlidirlər. Trekin döngə sayı isə 20-yə bərabərdir.
Bileti olanlar üçün bu gün saat 10-dan etibarən Bakı bulvarında 2 kilometr ərazidə yaradılmış «Formula-1» şəhərciyinə giriş açıq elan olunub. Yarışları canlı izləmək imkanı əldə edən tamaşaçılar avropa qran-prisi bitənədək bulvardakı əyləncə mərkəzlərindən yararlana biləcəklər. Yarışların ilk gününə məşhur ifaçı Kris Braunun konserti ilə yekun vurulacaq. Sabah isə «Gp2» pilotları birinci yürüşlərinə çıxacaqlar. Ardınca “Formula-1” üzrə seçmə mərhələ baş tutacaq. Yarışların ikinci günü isə Enrike İqlesiasın konserti ilə bitəcək. Turnirin son günü - iyunun 19-da «Gp2» pilotları ikinci yürüşünü keçirəcəklər. Əsas yarış - “Formula-1” Avropa qran-prisinə saat 17-də star veriələcək. Ardınca mərhələ qaliblərinin mükafatlandırılması mərasimi baş tutacaq. Son gecədə Farel Vilyamsın konserti nəzərdə tutulub.

Vüsal Qaraca

13:00 / 17.06.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 1775
Bu ay: 308453
Ümumi: 13798069
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın