/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

“Formula-1” yarışı 5 qitədə yayımlanacaq

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gündən qədim və müasirliyi özündə ehtiva edən bakı küçələrindəki sürət yarışı dünyanın 5 qitəsində işıqlandırılacaq. 187 ölkənin mediasında yayımlanacaq yarış izləyicilərə həyəcanlı anlar yaşadacaq. Dünyanın ən güclü pilotlarının mübarizə aparacağı yarış Avropa, Asiya, Amerika, Yaxın Şərq və Afrikanın idman kanallarında canlı yayımlanacaq və 187-ə ölkənin kanallarında göstəriləcək. Bir müddətdir ki, dünyanın aparıcı kiv-ləri Bakı qran-prisi ilə bağlı materiallar dərc edir. Yazılarda yarışa hazırlıq yüksək qiymətləndirilir, Bakıda sürət həvəskarları üçün maraqlı anların yaşanacağı vurğulanır. Məşhur “CNN” kanlının saytında “Avroviziyadan sürətli maşınlara, Azərbaycan formula 1 təqviminə qoşulur başlıqlı məqalə dərc olunub” eyni zamanda bbc telekanalının saytında Bakı qran prisinə yer ayrılıb. Al Jazeera” saytında Bakıda keçiriləcək “Formula-1” yarışları ilə bağlı geniş məqalə dərc edilib. Məqalədə bildirilir ki, Çinin “Tyananmen”, İranın “Azadi”, Rusiyanın “Qızıl meydan”-ı olduğu kimi, Azərbaycanın da Azadlıq meydanı var. Yarışa burada start veriləcək”. Fransanın idman sahəsi üzrə ixtisaslaşan “Nextgen-auto” saytı da dəfələrlə məqlələr yerləşdirərək “Formula-1” idman yarışları üçün yaxşı infrastrukturun tələb olunduğunu və bu lazımi infrastrukturun Azərbaycanda mövcudluğunu vurğulayıb. Fransanın daha bir məşhur saytı http:actu-moteurs.com saytında yerləşdirilmiş yazıda müəllif “Formula-1” yarışına Azərbaycanın ev sahibliyi etməsinin heç də təsadüfi olmadığını bildirib. Müəllifin fikrincə iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanın müxtəlif beynəlxalq yarışların yüksək səviyyədə təşkili və müvəffəqiyyətlə reallaşması sahəsində əldə etdiyi təcrübə bu nüfuzlu idman yarışının Bakıda keçirilməsinə imkan verir. İspaniyanın “Laf1””elmundo.es xəbər saytı da Bakı şəhər halqasının inanılmaz trek olduğu vurğulayıb. Rusiyanın “Kommersant” qəzeti ndə yerləşdirilən məqalədə müəllif bildirib ki, “Formula-1”-in rəsmi saytında bu il yarışın mərhələlərinin keçiriləcəyi bütün ölkələr sadalanıb və Azərbaycan mərhələsi Avropa qran-prisi adlandırılıb. Bu isə o deməkdir ki, Bakı Avropanın paytaxtı olacaq. Çinin “Sina” xəbər saytında Bakıda keçiriləcək “Formula 1” Avropa qran prisi haqqında məqalə yerləşdirilib. “Dünyanın ən sürətli avtomobil yarışı Bakıda keçiriləcək” başlıqlı yazıda bildirilir ki, bu, dünyanın ən sürətli şəhər treki olacaq. Türkiyənin məşhur Anadolu xəbər agentliyi, milliyyət qəzeti və digər xəbər portalları da Bakıda keçiriləcək yarışlara xüsusi yer ayırıb. İtaliyanın aparıcı idman kanalları, informasiya portalları da bakıda keçiriləcək Formula-1 “Qran-pri” yarışları haqqında növbəti məqalələr yaymaqdadırlar. Qeyd edək ki, formula biri işıqlandırmaq üçün 400-dək xarici jurnalist qeydiyyatdan keçib.

13:00 / 17.06.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 9519
Bu ay: 114791
Ümumi: 14249152
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın