/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Futzal yığmamız böyük üstünlük qazanıb

Şriftin ölçüsü:  11px13px15px17px

Futzal üzrə milli komandamız dünya çempionatının pley-off mərhələsində ilk görüşünü keçirib. Səfərdə Hollandıya ilə qarşılaşan futzalçılarımız heç də özlərini qonaq kimi aparmayıblar. 5-ci dəqiqədə rəqib müdafiəçinin kobud səhvini Amadeu bağışlamayıb. Bu qol nisbətən millimizi arxayınlaşdırıb. Bunun da nəticəsi kimi 10-cu dəqiqədə zanbağlar ölkəsindən El Qanuti tablodakı rəqəmləri eyniləşdirib, 1-1. Amma seçməmiz meydan sahiblərini bu qolu vurmağa peşman edib. 13-cü dəqiqədə Fineo cərimə zərbəsindən qurulan ev tapşırığını məntiqi sonluğa çatdırıb, 2-1. İlk hissə bu hesabla da başa çatıb. 28-ci dəqiqədə Aqusto üstünlüyümüzü bir qədər də artırıb. 1 dəqiqə sonra Eduardo Bargesin ötürdüyü topu tora qovuşduran Amadeu dublunu rəsmiləşdirib, 4-1. Matçda son nöqtəni 31-ci dəqiqədə Vitali Barisov qoyub. Hollandiya 1 Azərbaycan 5. Beləliklə, aprelin 12-si Bakıda keçiriləcək cavab qarşılaşması öncəsi yığma komandamız böyük üstünlük qazanıb.

13:00 / 23.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 2038
Bu ay: 514554
Ümumi: 13338852
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın