/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Naxçıvanda şahmat idman növünün inkişafı ilə bağlı tədbir keçirib

Şriftin ölçüsü:  11px13px15px17px

Naxçıvanda şahmat idman növünün inkişafı ilə bağlı tədbir keçirib. Toplantıda vurğulanıb ki, son illər Naxçıvanda müntəzəm təşkil olunan beynəlxalq yarışlar dünya şahmatçılarının diqqətini Muxtar Respublikaya yönəldib. Hətta bu yarışlar, təşkilatçılıq baxımından ən yaxşı turnirlər kimi dəyərləndirilib. Avropa və Asiya ölkələrindəki yaraşlarda Naxçıvandan olan idmançılar 20-dək medal qazanıblar. Hazırda Naxçıvanda yüzdən çox şahmatçının beynəlxalq reytinqi var. Muxtar Respublikanın orta məktəblərində həftədə iki saat şahmat fənni tədris olunur. Bu isə qədim idman növünün kütləviliyinə səbəb olan amillərdəndir. Tədbirdə şahmatın təbliğində yüksək xidmət göstərən müəllimlərə və fərqlənən şagirdlərə diplom və qiymətli hədiyyələr təqdim edilib. Mərasim Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblının konserti ilə yekunlaşıb.

13:00 / 10.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 17215
Bu ay: 307200
Ümumi: 14441561
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın