/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

“Formula-1” yarışı üçün könüllülərin qeydiyyatı davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Ölkəmizdə ilk dəfə keçiriləcək dünya səviyyəli «Formula -1» yarışına dəstək olmaq istəyənlərin qeydiyyatı davam edir. Bu günə qədər 8 mindən artıq şəxs könüllü olmaq üçün müraciət edib. “Bakı şəhər halqası” ailəsinə qatılmaq üçün qeydiyyata 2015-ci ilin dekabrından start verilib. Artıq müraciət edələrin sayı 8 mini keçib. Könüllü olmaq istəyənlər əvvəlcə elektron qeydiyyatdan keçməli daha sonra Zərifə Əliyeva 93 ünvanında yerləşən könüllülər mərkəzinə gəlməlidirlər. Onlar müsahibədə iştirak etdikdən sonra mart ayında başlayacaq təlimlərə qatılacaqlar. Könüllü qismində çalışmaq istəyənlər üçün müəyyən tələblər var. İştirakçıların minimal yaş həddi 16 olmalıdır. İstəkli, bacarıqlı və fərqli təcrübəyə malik şəxslər birinci Avropa qranprisində iştirakçılara dəstək ola bilərlər. Birinci Avropa oyunlarında könüllü qismində çalışanlardan bir neçə nəfəri, artıq bu dəfə fəalıyyətlərını rəsmı əməkdaş kımı davam etdırırlər. Formula bir yarışlarında ən vacıb vəzıfələrdən bırı ısə marşaldır. Bu adla fəaliyyət göstərmək istəyənlərin yaşı 21-dən yuxarı olmalı, ingilis dilində sərbəst danışmağı bacarmalıdır. Ən vacibi isə sağlam, cəld və dıqqətlı olmalıdır. Çünkı, marşalların hər bir addımı hətta yarışın nəticəsinə təsir göstərə bılər. Bakı şəhər halqasında iştirak edən marşallara sonda beynəlxaq lisenziyaya veriləcək. Bununla da onlar dünyada keçirilən bütün formula bir yarışlarında iştirak etmək hüququ qazanacaqlar.

Aysel Nəbiyeva

19:00 / 11.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 32
Bu gün: 16631
Bu ay: 354141
Ümumi: 13178439
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın