/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

«Qızıl top-2015»-in sahibləri məlum oldu

Şriftin ölçüsü:  11px13px15px17px

Dünən «FİFA»-nın mənzil-qərargahının yerləşdiyi İsveçrənin Sürix şəhərində “FİFA qızıl top 2015” mərasimində dünyanın ən yaxşı futbolçusunun adı müəyyənləşib.
Qızıl top mükafatının təqdimetmə 6mərasimindən əvvəl tədbirin keçiriləcəyi sarayın qarşısında izdiham yaşanıb. Minlərlə insan bura toplaşaraq dünya futbolunun tanıınmış simalarından aftoqraf alıb onlarla şəkillər çəkdiriblər.
Qırmızı xalı üzəri ilə addımlayan futbolçular isə mərasim zalına o qədərdə tələsməyiblər. Onlar azarkeşləri ilə görüşə daha çox maraq göstəriblər. “Qızıl top” uğrunda mübarizə isə əsas namizədlər 2009, 2010, 2011, 2012-ci illərdə dördqat qalibi Lionel Messi, “Barselona”-nın digər futbolçusu Neymar və üç dəfə 2008, 2013, 2014 bu titula layiq görülmüş “Real Madrid” klubunun hücumçusu Kriştian Ronaldo arasında gedib. Səsvermənin nəticələrinə əsasən, 2015-ci ilin ən yaxşı futbolçusu adına Lionel Messi layiq görülüb. Argentinalı bu mükafata beşinci dəfə sahib çıxmaqla dünya futbol tarixində ilkə imza atıb. Qadın futbolçular arasında isə “Qızıl top”-un sahibi ABŞ yığmasının yarımmüdafiəçisi Carli Lloyd olub. “Ən yaxşı məşqçi” nominasiyasında seçim Xosep Qvardiola, Luis Enrike və Xorxe Sampaoli arasında aparılıb. «Barcelona»-nın çalışdırıcısı Luis Enrike dünyanın ən yaxşı kişi baş məşqçisi, ABŞ-ın qadın yığmasına rəhbərlik edən Jill Ellis isə dünyanın ən yaxşı qadın məşqçisi seçilib. Bundan əlavə, Braziliya yığmasının hücumçusu Vendell Liranın qolu 2015-ci ilin ən yaxşı qolu seçilib və “Puşkaş” mükafatına layiq görülüb.
Səsvermədə «FİFA»-ya üzv olan 207 ölkənin yığma komandaların baş məşqçiləri, kapitanları, eləcə də jurnalistlər iştirak ediblər. Respondentler birinci yer üçün 5, ikinci yer üçün 3 və üçüncü yer üçün 1 xal verirlər və yekunda ən çox xal toplamış namizəd həmin nominasiya üzrə qalib elan olunur.

09:00 / 12.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 2322
Bu ay: 514838
Ümumi: 13339136
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın