/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

2015 – ci il idmançılarımız üçün uğurlu olub

Şriftin ölçüsü:  11px13px15px17px

2016-cı ildə Azərbaycan beynəlxalq idman tədbirlərində daha geniş heyətlə iştirak edəcək. Eyni zamanda ölkəmiz qarşıdakı illərdə bir sıra nüfuzlu yarışlara ev sahibliyi edəcək. Təbii ki, bütün bunlar Azərbaycanın son illərdə, xüsusilə, 2015-ci ildə yürütdüyü uğurlu idman siyasətinin nəticəsidir. Bu il idmançılarımız 365 gündə 321 dəfə beynəlxalq yarışlarda Azərbaycan bayrağını dalğalandırıblar. 2015-ci ilin ən böyük və nüfuzlu yarışı məhz birinci Avropa oyunları oldu. Tarixdə ilk dəfə Azərbaycanda təşkil edilmiş «Bakı-2015»-ə beynəlxalq ictimaiyyətin diqqəti onu göstərdi ki, Avropa Oyunları Olimpiya Oyunlarından sonra dünyanın ən böyük yarışı hesab olunur. Elə təsadüfi deyildi ki, ölkəmizdə təşkil olunan yarışları izləmək üçün 650 minə yaxın bilet alınıb. Dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri də Azərbaycanda olub. 20 idman növündə təşkil olunmuş oyunlardan 12-si üzrə keçirilən yarışlar da məhz «Rio-2016» Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyıb. Təbii ki, 50 Avropa ölkəsinin yarışlara qatılması Avropa oyunlarının nüfuzunun göstəricisidir. Xüsusilə oyunlar zamanı Azərbaycan gənclərinin də fəal iştirakını vurğulamaq yerinə düşərdi. 12 min 500 nəfərdən artıq gənc əməliyyat könüllüsü kimi «Bakı-2015»- də iştirak etdi. 4 mindən artıq gənc isə mərasimlərdə könüllü iştirak etməklə bu oyunlara öz töhfəsini verdi. Digər yarışlara gəlincə, ölkəmizdə 2015-ci ildə 200-dən artıq respublika çempionatları keçirilib. Eyni zamanda 46 beynəlxalq yarış, dünya və Avropa çempionatları Azərbaycanda təşkil olunub. Stolüstü tennis üzrə Avropa top-16 turnirini, atçılığın konkur növü üzrə qış kuboku beynəlxalq turnirini, 20 ölkədən 133 idmançının iştirakı ilə keçirilmiş gimnastika idman növləri üzrə beynəlxalq test turnirini, 24 ölkənin idmançılarının qatıldığı «Tour de Azərbaycan» beynəlxalq yarışını, atıcılıq növləri üzrə 100-ə yaxın ölkənin idmançılarının mübarizə apardığı, «Rio 2016» Yay Olimpiya Oyunlarına 34 lisenziya verən dünya kubokunu misal göstərmək olar. Xarici ölkələrdə keçirilmiş 196 beynəlxalq yarışlarda isə təmsilçilərimizin iştirakı təmin edilib. Azərbaycan idmançıları təkcə bu il ümumilikdə 823 medal qazanıblar. Bu medalların isə 297 –si Olimpiya idman növlərində əldə olunub. Gənclər və idman naziri Azad Rəhimov cari ildə müxtəlif idman növlərində daha yüksək nəticələrin qazanılması üçün yeni layihələr hazırlandığını vurğuladı. Bəzi idman növləri üzrə yeni lisenziyaların əldə olunacağı gözlənilir.
Paralimpiyaçılarımız isə yay paralimpiya oyunlarına bu günədək 4 idman növü üzrə 13 lisenziya əldə edib. Gələn il isə Azərbaycan dünya şahmat olimpiadası, «Formula -1» üzrə qran-pri yarışları, futbol üzrə 17 yaşadək oğlanlardan ibarət milli komandaların Avropa çempionatına ev sahibliyi edəcək. Xüsusilə, böyük nüfuzlu yarışlardan hesab olunan «Formula-1»-in ölkəmizdə keçirilməsi üçün artıq işlərə başlanılıb. Gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin əvvəlində işlərin daha da sürətləndirləcəyini bildirdi. Nazir qeyd etdi ki, dolların bahalaşması bu yarışların təşkili üçün problemlər yaratmayacaq. Çünki yarışlar üçün ayrılan maliyyə vəsaiti dollarla hesablanıb.
Vüsal Qaraca

19:00 / 25.12.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 2759
Bu ay: 365959
Ümumi: 13855575
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın