/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Son turunun oyunları keçirilib

Şriftin ölçüsü:  11px13px15px17px

UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turunun oyunları keçirilib. Bu dəfə E, F, G və H qruplarında mübarizə aparan komandalar meydana çıxıblar.
«E» qrupunda “Barselona” liderliyini və növbəti mərhələyə vəsiqəni artıq təmin edib. Son vaxtlar uğursuz çıxışı ilə azarkeşlərini məyus edən “Bayer” “Barsa”-nı qəbul edib. Leverkuzen klubu növbəti mərhələyə adlamaq üçün güclü rəqibinə qalib gəlməyi qarşısına məqsəd qoysada bunu bacarmayıb. Almanların bütün cəhdlərinə baxmayaraq matç 1:1 hesablı bərabərliklə bitib.
Qrupun digər matçında “Roma” və «Bate» üz-üzə gəlib. Əldə olunan qolsuz heç-heçə "canavarlar"-a sərf edib. Beləliklə bu qrupdan növbəti mərhələyə "Barselona" və "Roma" komandaları çıxıb.
«F» qrupunda “Bavariya” növbəti mərhələyə vəsiqə ilə yanaşı, qrup birincisidə olub. “Olimpiakos” isə qrup ikincisi kimi 1/8 finala adlamağa daha çox yaxın olsa da, "Arsenal" onun qarşısını kəsib. Mərhələ adlamaq üçün 2 və ya daha artıq qol vurmalı olan "Topçular" bu vəzifənin öhdəsindən gəliblər. Arsen Vengerin yetirmələri səfərdə rəqibini 3 dəfə məyus etməyi bacarıb. Digər matçda isə "Bavariya" "Dinamo" dan üstün olub.
»G» qrupunda “Çelsi”, “Porto” və Kiyev “Dinamo”-sunun 1/8 finala adlamaq şansı olub. “Çelsi” “Porto” ilə matçda qalib gələrək qrup birincisi kimi adını növbəti mərhələyə yazdırıb. “Dinamo” isə "Makkabi"-ni məğlub edərək portuqaliyalıları qabaqlayıb pley-offa adlamağın sevincini yaşayıb. «H» qrupunda “Zenit” qrup birinciliyini və liderliyini təmin edib. “Lion”-un isə Çempionlar Liqasındakı mübarizəni sonuncu pillədə başa vuracağı rəsmiləşib. Burda yeganə prinsipiallıq “Gent” və “Valensiya” arasında gedirdi. Belə ki, bu komandalardan biri qrup ikincisi kimi 1/8-ə, digəri isə Avropa Liqasına yollanacaqdı.
"Gent" öz meydanında ambisiyasız "Zenit"-ə qalib gəlib. "Valensiya" isə "Lion"-a uduzaraq mərhələ adlamaq şansını belçikalılara "bağışlayıb".

09:00 / 10.12.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 3309
Bu ay: 515825
Ümumi: 13340123
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın