/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Qrup mərhələsinin son turunun görüşlərinə start verilib

Şriftin ölçüsü:  11px13px15px17px

UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turunun görüşlərinə start verilib. İlk oyun günündə 8 qarşılaşma baş tutub.
A qrupunda liderliyi təmin edən İspaniyanın “Real” Madrid komandası öz meydanında “Malmö”-nü qəbul edib. Qonaqlar meydançanı peşman tərk ediblər. İsveçlilər qapılarına 8 top buraxıblar. Növbəti mərhələyə vəsiqənin digər sahibi «PSJ» isə “Şaxtyor”-u məğlub edib. Bu qrupda ən maraq doğuran məsələ hansı komandanın Avropa Liqasına yollanacağ olub. Ukraynalılar və isveçlilər eyni xala malik olsalar da, əlavə əmsallara görə, Luçeskunun yetirmələri çıxışlarını ikinci dərəcəli turnirdə davam etdirəcəklər.
«B» qrupunda da hər iki oyun böyük maraq kəsb edirdi. “Volfsburq”, “Mançester Yunayted” və «PSV» növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını son ana qədər saxlayırdılar. Hollandiya təmsilçisi öz meydanında Moskva MOİK-inə qalib gələrək digər oyunda "Volfsburq"-un da qələbəsindən istifadə edib və növbəti mərhələyə adlayıb. “Mançester Yunayted” isə Almanlara yenilərək Avroliqada çıxış etmək hüququ qazanıblar. Bu tura qədər «C» qrupunda növbəti mərhələyə adlayan komandalar artıq bəlli idi. “Benfika” ilə “Atletiko”-nun görüşü qrup birincisi adına aydınlıq gətirib. İspanlar səfər qələbəsi sayəsində mərhələni lider kimi keçib. Qrupun digər matçında isə “Qalatasaray” “Astana”nı qəbul edib. Türkiyəlilər heç-heçə edərək mübarizəni Avropa Liqasında davam etdirmək şansı qazanıblar.
«D» qrupunda da 1/8 finala adlayan hər iki komandanın adı məlum olsa da, “Sevilya”-nın qonağı olan “Yuventus” məğlub olaraq liderlik şansını əldən buraxıb. “Mançester siti” isə öz meydanında Münhenqladbax “Borussiya”-sına qalib gəlib. Bu qələbə "Şəhərlilər"-ə liderlik üçün bəs edib.
İlk oyun günündə keçirilən səkkiz qarşilaşmada aşağidaki nəticələr qeydə alinib:

A qrupu
PSJ - “Şaxtyor”- 2:0
“Real” - “Malmö”- 8:0

B qrupu
“Volfsburq” - “Mançester Yunayted” - 3:2
PSV - MOİK - 2:1

C qrupu
“Benfika” - “Atletiko” )- 1:2
“Qalatasaray” - “Astana” - 1:1

D qrupu
“Mançester Siti” - “Borussiya” - 4:2
“Sevilya” - “Yuventus” - 1:0

09:00 / 09.12.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 2437
Bu ay: 514953
Ümumi: 13339251
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın