/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Birgə idman layihəsi

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiyanın Tombov şəhərində azərbaycanlı idmançıların təşəbbüsü ilə «Cüdo-sambo-2000» məktəbi istifadəyə verilib. Açılış mərasimində şəhər dumasının sədri və deputatları, Rusiyanın məşhur idmançıları və məşqçiləri iştirak ediblər. Tatami üzərindəki azərbaycanlı və rusiyalı idmançılardan başqa, layihənin Azərbaycan-Rusiya dostluğunun nümunəsi olduğunu göstərən atributlara yeni məktəbin hər yerində rast gəlmək mümkündür. Azərbaycan və Rusiyanın dövlət simvolları, prezidentlərin portretləri, dövlət bayraqları... Bu dualizm həm də idman layihəsinin təşəbbüskarlarına aiddir.
Tədbir şəhər səviyyəli idman hadisəsi kimi qeyd edildi. Tambovun idman elitası ilə bərabər, dövlət dumasının deputatları da qonaqlar arasında idi. Tambov şəhər dumasının sədri Viktor Putintsev bildirdi ki, heç bir dəstək olmadan iqtisadi böhran şəraitində həyata keçrilən bu layihə Azərbaycan-Rusiya əlaqələrində vurğulanmalı faktdır.
Açılış mərasimi çərçivəsində tambovlu və gəncəli cüdoçular arasında yoldaşlıq görüşü də keçrildi. İdman rəqabət olsa da, böyüklərin yaratdığı dostluq atmosferi yeniyetmələrə də təsirini göstərdi. Yarışdan öncə olduğu kimi, sonra da idmançılar dost kimi ayrıldılar.
Anar Həsənov

13:00 / 09.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 762
Bu ay: 106034
Ümumi: 14240395
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın