/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gecə futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib. Azərbaycan çempionu “Qarabağ” Fransanın “Monako” klubu ilə heç-heçəyə razılaşıb. Digər təmsilçimiz «Qəbələ» isə Almaniyada böyük hesabla məğlub olub. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunun 6-cı dəqiqəsində “Qarabağ”-ın futbolçusu Riçard Almeyda matçda hesabı açmağa çox yaxın olsada o fürsətdən yararlana bilmədi. Fransa təmsilçisinin xorvatiyalı qapıçısı Daniel Subaşiç komandasını qoldan xilas etdi. Dörd dəqiqə sonra Əfran İsmayılovun güclü zərbəsi qapının yanından keçdi. Nəhayət, 39-cu dəqiqədə “Qarabağ”-ın futbolçusu Rəşad Sadıqovun ötürməsini Samuel Armenteros qola çevirə bildi. Birinci hissədə qolla Qarabağ üstünlüyünü qoryub saxlaya bildi.
İkinci hissəyə fəal başlayan Ağdam təmsilçisi rəqib qapısı qarşısında təhlükəli vəziyyətlərdən yaralana bilmədi. Görüşün 72-ci dəqiqəsində “Monako”-nun futbolçusu İvan Kavaliero hesabı bərabərləşdirdi. Oyunun qalan vaxtı qarşılıqlı hücumlar şəraitində keçsə də, hesab dəyişmədi.
Görüş 1:1 hesablı heç-heçə ilə başa çatdı. Hazırda “Qarabağ” komandasının dörd oyundan sonra 4 xalı var. Həmyerlilərimiz qrup çərçivəsində daha iki oyun keçirəcəklər. Ağdam təmsilçisi noyabrın 26-da Bakıda ingiltərənin “Tottenhem”, dekabrın 10-da isə Brüsseldə Belçikanın “Anderlext” komandaları ilə qarşılaşacaq. UEFA Avropa liqasının qrup mərhələsinin dördüncü turunda Dortmundun “Borussiya” komandası “Qəbələ” klubunu qarşılayıb. Qarşılaşma maraqlı idman mübarizəsi şəraitində keçib. Oyunun ilk yarısı meydan sahiblərinin üstünlüyü ilə davam edib. “Borussiya” ilk hissənin 29-cu dəqiqəsində “Qəbələ”-nin qapısına ilk qolunu vurub. Qarşılaşmanın 45-ci dəqiqəsində isə Dortmund təmsilçisiləri daha bir qola seviniblər. Beləliklə, oyunun birinci hissəsi Almaniya klubunun 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
İkinci hissəyə də sürətli başlayan səkkizqat Almaniya çempionu “Qəbələ”-nin qapısında bir neçə təhlükəli vəziyyət yaradıb. 67-ci dəqiqədə təmsilçimizin qapısında avtoqol qeydə alınıb. Zenyovun başına toxunan top ev sahibinə üçüncü qolu qazandırıb. Rəqib komanda 3 dəqiqə sonra “Qəbələ”-nin qapısından daha bir top keçirərək hesab fərqini dördə çatdırıb. Oyun elə bu hesabla da yekunlaşıb. “C” qrupunda keçirdiyi dörd oyundan bir xal toplayan “Qəbələ” qrupda sonuncu sırada qərarlaşıb. “Borussiya” isə xallarının sayını 10-a çatdıraraq liderliyini möhkəmləndirib. Qrupun digər oyununda isə Rusiyanın “Krasnodar” komandası doğma meydanda Yunanıstanın “Paok” klubunu 2:1 məğlub edib və qrupdakı xalını 7-ə yüksəldib. “Paok” isə 3 xalla üçüncü sirada qərarlaşıb. Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ümumilikdə 24 matç oynanılıb. Görüşlərin nəticələri belə olub. “Ayaks” - “Fənərbaxça” - 0:0, “Seltik” - “Molde” - 1:2, “Rubin” - “Liverpul” - 0:1, “Sion” - “Bordo” - 1:1, “Borussiya” Dortmund - “Qəbələ” - 4:0, “Krasnodar” - «Paok» - 2:1, “brügge” - “Legiya” - 1:0, “Napoli” - “Midtyulland” - 5:0, “Viktoriya Pljen” - “Rapid” Vyana - 1:2, “Dinamo” Minsk - “Vilyarreal” - 1:2, “Qroningen” - “Liberets” - 0:1, “Marsel” - “Braqa” - 1:0,” “Rusenborq” - “Latsio”- 0:2, "Sent-Etyenn” - “Dnepr”- 3:0, “Beşiktaş” - “Lokomotiv” - 1:1, “Skenderbeu” - “Sportinq” - 3:0, “Belenenseş” - “Bazel” - 0:2, “Lex” - “Fiorentina” - 0:2, “Qarabağ” - “Monako” - 1:1, “Tottenhem” - “Anderlext” - 2:1, “Asteras” - Apoel - 2:0, “Sparta” - “Şalke” - 1:1, “Atletik” - “Partizan” - 5:1, “Auqsburq” - “Alkmar” - 4:1

09:00 / 06.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 1149
Bu ay: 362880
Ümumi: 13187178
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın