/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Milli komandamız sonuncu oyununda da uğur qazana bilmədi

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gecə futbol üzrə "Avro-2016"-nın seçmə mərhələsində sonuncu oyunlar keçirilib. Bolqarıstanda milli komandamız meydanı məğlub tərk edib. İslandiya ilə qarşılaşmada isə sevinə tərəf Türkiyə olub.
Milli komandamız Sofiya şəhərindəki Vasil Levski milli stadionunda Bolqarıstan yığması ilə qarşılaşdı. Macarıstanlı baş hakim Tamas Boqnarın idarə etdiyi oyunun 20-ci dəqiqəsində bolqarıstanlı futbolçu Mixail Aleksandrov hesabı açdı. Matçın ilk hissəsi Bolqarıstan millisinin minimal üstünlüyü ilə yekunlaşdı 1:0. Görüşün 56-cı dəqiqəsində Qeorqi Milanovun qapı qarşısına ötürmsəni Dimitar Ranqelov baş zərbəsi ilə qola çevirdi və komandasına hesab arasındakı fərqi artırmağa imkan yaradıb. Beləliklə, görüş 2:0 hesabı ilə Bolqarıstan millisinin xeyrinə başa çatdı. Və hər iki komanda "Avro-2016"da iştirakını uğursuz başa vurdu. Millimizin yer aldığı "H" qrupunda keçirilən digər oyunlarda isə Xorvatiya millisi səfərdə Maltanı 1:0, İtaliya millisi isə doğma meydanda Norveç kollektivini 2:1 hesabı ilə məğlub etdi. Beləliklə, hesabında 24 xal olan İtaliya millisi və 20 xalla Xorvatiya yığması "Avro-2016"nın final mərhələsinə vəsiqəni təmin etdilər. Norveç futbolçuları isə 19 xalla pley-off mərhələsində yarışacaqlar. Azərbaycan millisi isə altı xalla qrupda 5-ci pillədə qərarlaşdı. Bolqarıstan millisi dördüncü, Malta kollektivi isə qrupda sonuncu oldu.
“Azərbaycan millisini çalışdırdığım dövr ərzində ən pis oyunumuzu oynadıq. Rəqib daha istəkli idi. Səhvlərimizin üzərində işləyəcəyik. Futbolda hər cür nəticələr olur. Rəqibi təbrik edirəm”. Bu sözləri yığmamızın baş məşqçisi Robert Prosineçki “Avro-2016”nın seçmə mərhələsində Boqlarıstan millisi ilə oyundan sonra keçirdiyi mətbuat konfransında deyib. Millimizin baş məşqçi bildirib ki, futbolçularım nəsə etmək istəyirdi. Ancaq matça yaxşı başlamadıq. İtaliya ilə oyundan sonra yorğunluq var idi. Rəqib daha istəkli idi. İkinci hissədə üstünlüyü ələ almaq istədik, ancaq alınmadı. İkinci qolu buraxdıqdan sonra futbolçularım həvəsdən düşdü.
Türkiyə millisinin yer aldığı "A" qrupunda Çexiya səfərdə Hollandiyanı 3:2, Qazaxıstan futbolçuları isə Latviya kollektivini 1:0 hesabı ilə məğlub etdilər. Çexiya 22 xal, İslandiya 20 xalla final mərhələsinə adlayan tərəf oldu. Türkiyə millisi isə futbol üzrə "Avro-2016"nın seçmə mərhələsinin "ən yaxşı üçüncü komandası" kimi final mərhələsinə vəsiqə qazandı

09:00 / 14.10.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 32
Bu gün: 1209
Bu ay: 362940
Ümumi: 13187238
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın