/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

«Qarabağ» uddu «Qəbələ» uduzdu

Şriftin ölçüsü:  11px13px15px17px

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Azərbaycan çempionu "Qarabağ" qrupda ilk üç xalıını qazanıb. Qəbələ isə Krosnadar təmsilçilərinə uduzub. Ağdam təmsilçisi Qarabağ belçikanın "Anderlext" komandasını Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul etdi. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 36-cı dəqiqəsində "Qarabağ"-ın futbolçusu Riçard Almeyda 25 metrlik məsafədən rəqib qapısını dəqiq nişan alaraq hesabı açdı. 1:0. İlk hissənin sonunadək Azərbaycan çempionu rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsa da nəticə dəyişmədi. İkinci hissəyə daha fəal başlayan baş məşqçi Qurban Qurbanovun yetirmələri rəqib qapısına yol tapa bilmədilər. Belçika təmsilçisi də ikinci hissənin sonlarına yaxın təşəbbüsü ələ alaraq "Qarabağ"-ın qapısı qarşısında bir neçə dəfə təhlükəli məqamlar yaratdı. "Qarabağ"-ın qapıçısı İbrahim Şehiç daha inamlı oynayaraq rəqib futbolçularını məyus etdi. Görüş bu hesabla da başa çatdı. 1-0. Digər təmsilçimiz “Qəbələ” isə ümidləri doğrultmadı. Krasnodar şəhərinin "Kuban" stadionunda keçirilən oyun qarşılıqlı hücumlar şəraitində keçdi. İlk hissəsində hər iki komandanın hesabı açmaq üçün real imkanları oldu. Polşalı əsas hakim Marçin Borskinin idarə etdiyi oyunun 2-ci dəqiqəsində "Qəbələ"nin futbolçusu Arif Daşdəmirovun zərbəsini rəqib qapıçı çətinliklə dəf etdi. Görüşün səkkizinci dəqiqəsində "Krasnodar"ın futbolçusu Pavel Mamayevin ötürməsindən sonra Vandersonun vurduğu top rəqibi önə çıxartdı. Birinci hissə 1:0 hesabı ilə rəqib komandanın üstünlüyü illə yekunlaşdı. İkinci hissədə daha sürətli oyun sərgiləyən komandalar qapılar qarşısında təhlükəli vəziyyətlər yaratdılar. Oyunun 47-ci dəqiqəsində Vojislav Stankoviçin başla təhlükəli zərbəsi qapıdan yan keçdi. Hücumlarının kəsərini artıran "Qəbələ" nəhayət görüşün 51-ci dəqiqəsində "Krasnodar"-la oyunda hesabı bərabərləşdirdi. Sergey Zenyovun sağ cinahdan ötürməsindən sonra Dodo topu rəqib komandanın qapısından keçirdi. Meza Kollinin əvəzinə meydana çıxan Rəşad Sadiqovun 74-cü dəqiqədə hesabda fərqlənməsinə qapı dirəyi mane oldu. Görüşün 84-cü dəqiqəsində sonradan oyuna daxil olan Fedor Smolov isə Rusiya komandasını hesabda önə çıxardı.2:1. Görüş ərzində iki dəfə Qəbələnin futbolçusu Dodonun vurduğu toplar qapıya daxil olsa da hesaba alınmadı. Komandamızın futbolçuları oyunun sonlarında hesabı bərabərləşdirmək üçün bir neçə dəfə cəhd etsələr də istəkləri baş tutmadı. Beləliklə, Avroliqanın qrup mərhələsinin ikinci turunda Roman Qriqorçukun yetirmələri səfər qarşılaşmasından məğlub ayrıldılar.

09:00 / 02.10.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 4999
Bu ay: 347475
Ümumi: 13837091
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın