/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Bakı dünya çempionatına ev sahibliyi etməyə hazırlaşır

Şriftin ölçüsü:  11px13px15px17px

Bakı gələn il yelkənli idman növünün 470 olimpiya sinfi üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşır. Bu məqsədlə Xəzərin sahilində Azərbaycan Yelkənli İdman Federasiyasının təşkil etdiyi yay məktəbində yeniyetmələrə bu idman növünün sirləri öyrədilir. Gərgin və həyacanlı, bir o qədərdə maraqlı idman növlərindən sayılan yelkənli idman növü Azərbaycanda qısa müddətin də yaranmasına baxmayaraq ətrafına güclü idmançılar və kifayət qədər azarkeş toplaya bilib.
Bu idman növü ilə məşğul olmaq istəyənlər ilk dəfə dəznizə çıxdıqları zaman bu qayığlardan istifadə edilir. Bu qayığın adı “Optimist” adlanır. Bu qayıq əsasən yeniyetmələr üçün nəzərdə tutulub. Onların təhlükəsizliyini təmin etmək üçün isə onlara bu cür jilet geyinir. Bu idman növü ilə peşəkar məşğul olmaq üçün yüksək fiziki hazırlıq,çeviklik və çətin anlarda ani olaraq müstəqil qərar vermək qabilyyəti tələb olunur.
Yelkənli idman növünün inkişafı üçün ölkəmizdə əlverişli şərait var. Bu səbəbdəndir ki, 2016-cı ildə yelkənli idman növünün 470 olimpiya sinfi üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək. Bu yarışlarda və gələcək turnirlərdə qalib gəlmək üçün isə uşaq və yeniyetmələr indidən yetişdirilir. Yelkənli idman növünün sirlərinə yiyələnən yeniyetmələr artıq, bu idmanı çox sevirlər.
Yelkənli idman növü 1976-cı ildə olimpiya sinifinə daxil olub. Bu gün ölkəmizdə bu idmanla məşğul olmaq üçün 200-ə yaxın insan qeydiyyatdan keçb. Seçimlərdə üstünlük 8-14 yaşlı uşaqlara verilir və onların azərbaycan dilində sərbəst danışmaq və üzmək bacarığı əsas götürülür.

Vasif Acalov

13:00 / 24.08.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 9645
Bu ay: 544547
Ümumi: 15311088
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın