/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Dünya kuboku başa çatdı

Şriftin ölçüsü:  11px13px15px17px

Qəbələdə Olimpiya atıcılıq növləri üzrə keçirilən dünya kuboku başa çatıb. Yüzə yaxın ölkədən iki minədək idmançının qatıldığı yarışların komanda hesabında qalibi Çin yığması olub.
Sonuncu gün kişilər arasında səngər stend atıcılığı üzrə yarışlar keçirildi. Bu növdə final mərhələdə 8 idmançı arasından rusiyalı Aleksey Alipov qızıl medal qazandı. Xorvatiyalı Çernoqraz Ciovanni ikinci, İtaliya təmsilçisi Fraska Erminio isə üçüncü yeri tutdu. Qeyd edək ki, bu kubok 2015-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarış hesab olunur. Atıcılığın 17 növü üzrə keçirilən yarışlarda iştirakçılar 2016-cı ildə Braziliyanın Rio-De-Janeyro şəhərində baş tutacaq Yay Olimpiya Oyunlarına 34 lisenziya uğrunda mübarizə aparıblar. Yarışlarda millimiz 27 idmançı ilə təmsil olunub.
Ən yüksək nəticəni komanda hesabında Çin yığması göstərib. 10 gün ərzində, çinli kişi və qadınlar 12 medal əldə ediblər. Onlardan 6-sı qızıl, 4-ü gümüş, 2-si isə bürüncdür. Yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı olan “ISSF tv” vasitəsi ilə canlı yayımlanıb.
Əli Səmədov

13:00 / 16.08.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 1693
Bu ay: 151434
Ümumi: 14285795
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın