/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Yarışlarda artıq 22 lisenziya qazanılıb

Şriftin ölçüsü:  11px13px15px17px

Qəbələdə keçirilən Olimpiya atıcılıq növləri üzrə dünya kuboku yarışları davam edir. Növbəti gün 2016-cı il Olimpiya Oyunlarına 4 lisenziya qazanılıb. Qızıl medalların sayına görə Çin yığması öndədir. Elə atıcılıq növü yoxdur ki, Çin idmançıları orada öz sözünü deməsinlər. Bu gün qadınlar arasında tüfəngdən 50 metr məsafəyə atəşaçma yarışlarının qalibi də Çin təmsilçisi olub. Donqi Cen finalda 8 rəqibini üstələyərək qızıl medala sahib olub. O, komandasına 5-ci qızıl medalı qazandırıb. Digər Çin idmançısı Silinq Yi ikinci, rusiyalı Anna Zukova isə üçüncü yeri tutub. Hazırda Çin idmançıları 9 medalla dünya kuboku yarışlarında birinci yerdədirlər. Kişilər arasında tapançadan 10 metr məsafədən hədəfi nişan alma yarışlarında isə qalib koreyalı gənc idmançı Kim Çeong Yonq oldu. Qazaxstanı təmsil edən Vladimir İsaçenko ikinci, slovakiyalı idmanşi Juray Tuzinski isə üçüncü yerlə kifayətləndi. Sabah 3 aticiliq növü üzrə final yarışları keçiriləcək. Xatırladaq ki, bu günədək 11 yarışda Olimpiya oyunlarına 22 lisenziya qazanılıb.

19:00 / 13.08.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 22583
Bu ay: 127855
Ümumi: 14262216
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın