/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

«Qarabağ»-ın biletləri qara bazarda

Şriftin ölçüsü:  11px13px15px17px

Ölkəmizi Çempionlar Liqasında təmsil edən Ağdamın “Qarabağ” klubu “Pley off” mərhələsinə vəsiqə qazanmaq üçün Şotlandiyanın “Seltik” klubu ilə cavab görüşünə çıxacaq. Oyuna böyük maraq var, belə ki, bu saatadək 25 mindən çox bilet satılıb. Lakin bilet satışında yenə də işbazların əli var. Mövzunu əməkdaşlarmız araşdırıb. Tofiq Bəhramov adına Respubilka Stadionu ətrafındakı bu mənzərə futbol həvəskarlarına yaxşı tanışdır. Sevimli komandalarının oyununa bilet almaq istəyən azarkeşləri kassadan əvvəl işbazlar qarşılayır. Yaxşı yerlərə biletləri yalnız onlardan almaq mümkündür. Kassa xidmətinin əməkdaşı isə məsləyə bu cür aydınlıq gətirdi. Çəkiliş apardığımız zaman bu ərazidə işbazların at oynatdığının şahidi olduq. Onlar hətta çəkiliş qrupumuzun işinə müdaxilə etməkdən belə çəkinmədirlər. «Qarabağ» FK -nun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə “qara bazarın “ qarşısını almaq üçün polis əməkdaşlarına müraciyyət etdiklərini bildirdi. Əlbəttə, oyun qaydalarını pozanların cəzalandırılması müsbət haldır. Lakin bu mənzərənin bir daha təkrarlanmaması üçün bu sahədə konkret addımlar atılmalıdır.

19:00 / 04.08.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 5346
Bu ay: 347822
Ümumi: 13837438
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın