/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

«Qəbələ» sevindirdi, «İnter»…

Şriftin ölçüsü:  11px13px15px17px

UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk görüşləri təşkil olunub. Oyunlarını səfərdə keçirən təmsilçilərimiz fərqli nəticələrə imza atıblar. Kiprdə Apollonla üz-üzə gələn Qəbələ matça hücumlarla başlasa da, hesabı meydan sahibləri açıblar. 14-cü dəqiqədə müdafiəçilərin diqqətindən yayınan Georgias Kolokudias komandamızın qapısına yol tapıb, 1-0. Məğlubiyyətdən qaçmaq istəyən qəbələlilər hamılıqla irəli atılsalar da, 90 dəqiqə boyunca topu tordan keçirmək mümkün olmayıb. Qapıçının inamlı oyunu və futbolçuların qeyri-dəqiqliyi minimal hesabın dəyişməsinə imkan verməyib. Qara-qırmızılar istəklərinə hakimin oyuna əlavə etdiyi 3 dəqiqədə çatıblar. Penaltini dəqiq yerinə yetirən Cavid Hüseynov komandasını məğlubiyyətdən qurtarıb, 1-1. Oyunsonrası mətbuat konfransında Komandasının rəqibdən daha yaxşı oynadığını deyən Roman Qriqorçuk, doğma azarkeşlər önündə play-offa vəsiqə əldə edəcəklərinə inanır. Turnirdəki digər təmsilçimiz İnter isə Bilbaoda Atletikə 0-2 hesabı ilə məğlub olub. Qeyd edək ki, komandalarımız cavab matçına Avqustun 6-da çıxacaqlar.

13:00 / 31.07.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 2201
Bu ay: 66021
Ümumi: 16380044
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın