/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Qarabağ azarkeşləri ümidləndirdi

Şriftin ölçüsü:  11px13px15px17px

Qarabağdan inamlı oyun və sərfəli nəticə. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk görüşdə Seltikin qonağı olan ağdamlılar, qlazqolulara layiqincə müqavimət göstəriblər. Hətta rəqibin adından çəkinməyən köhlən atlar hesabı açmaq üçün də bir neçə fürsət yaxalayıblar. Boş oturmayan meydan sahibləri də İbrahim Şehiçi az narahat etməyiblər. Qarşılıqlı hücumlar şəraitində keçən matçda sükut sona 8 dəqiqə qalmış pozulub. Künc zərbəsi zamanı Dedric Boyata Şehiçi qabaqlayaraq qapımıza yol tapıb, 1-0. Qalan vaxtda topu bir daha tora daxil etmək mümkün olmayıb. Nəticədə evə minimal hesablı məğlubiyyətlə dönən Qarabağ, sərgilədiyi oyunla cavab matçı öncəsi azarkeşləri ümidləndirib. Xatırladaq ki, bu komandalar arasında növbəti görüş avqustun 5-də, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

13:00 / 30.07.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 399
Bu ay: 97917
Ümumi: 16411940
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın