/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

«Qarabağ» çətin sınaq qarşısında

Şriftin ölçüsü:  11px13px15px17px

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunları davam edir. Turnirində ölkəmizi təmsil edən “Qarabağ” klubu bu gün növbəti sınağına çıxacaq. Ağdam təmsilçisi Şotlandiyada “Seltik”in qonağı olacaq. Bu matç Azərbaycan klubları ilə britaniyalılar arasında ilk qarşılaşma kimi də tarixə düşəcək. Turnirə 2-ci mərhələdən başlayan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk matcda sərfəli nəticə əldə etməyə calışacaq. “Qarabağ” Qlazqo səddini adlasa bir ilkə imza atacaq. Belə ki, bu vaxta kimi heç bir Azərbaycan təmsilçisi Çempionlar Liqasında pley-off mərhələsində iştirak etməyib. Ağdamlılar bu tapşırığın öhdəsindən gəlsə, ən azı Avroliqanın qrup mərhələsində iştirakı təmin edəcək. “Qarabağ” axşamkı görüşə itkisiz cıxacaq. Komandanın sıralarna yeni cəlb olunan Əfran İsmayılovla, Raydel Puponun adı oyunun iştirak ərizəsinə salınıb. Qeyd edək ki “Seltik Park” arenada keciriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Oyunda ədaləti avstriyalı Robert Şörqenhoverin başçılıq etdiyi hakimlər briqadası qoruyacaq.

13:00 / 29.07.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 1084
Bu ay: 98602
Ümumi: 16412625
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın