/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Millimizin rəqibləri məlum oldu

Şriftin ölçüsü:  11px13px15px17px

2018-ci ildə Rusiyada keçiriləçək futbol üzrə dünya çempionatının seçmə mərhələsində milli komandamızın rəqibləri artıq bəllidir. Püşkatmanın nəticəsinə əsasən, millimiz “C” qrupunda mübarizə aparacaq. Azərbaycan yığması Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino milliləri ilə mundiala vəsiqə uğrunda mübarizə aparacaq. Yığmamız bu komandalardan 4-ü ilə əvvəllər görüşüb. Bunlar Almaniya, Şimali İrlandiya, Norveç və Çexiyadır. Onlardan 3-ü ilə qarşılaşmalar seçmə mərhələlər çərçivəsində olub. San-Marino kollektivi isə yığmamıza ilk dəfədir rəqib olur. Ümumilikdə, köhnə qitənin 52 seçməsi 9 qrupa bölünüb. Onların 7-də 6, 2-də 5 kollektiv yer alıb. Qeyd edək ki, seçmə mərhələnin qrup qalibləri birbaşa Dünya Çempionatına yollanacaqlar. İkinci yeri tutacaq 8 komanda “pley-off”da oynayacaq. Ən pis göstəriciyə malik 2-ci yer isə mundial arzusunun üstündən xətt çəkəcək.

13:00 / 26.07.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 11249
Bu ay: 11249
Ümumi: 17231702
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın