/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

«Qarabağ» heç-heçə ilə başladı

Şriftin ölçüsü:  11px13px15px17px

Ölkə çempionumuz Qarabağ Çempionlar Liqasında mübarizəyə start verdi. 2-ci təsnifat mərhələsində Monteneqro «Rudarı» ilə qarşılaşan köhlən atlar, rəqibin müqavimətini qıra bilmədi. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmaya gözlənildiyi kimi Qarabağ futbolçuları daha fəal başladılar. İlk dəqiqələrdən təşəbbüsü ələ alan Qurban Qurbanovun yetirmələri rəqibi qapısına doğru sıxışdırsalar da, topu tora qovuşdurmaq mümkün olmadı. Fasiləyədək Reynaldo, El Jadeoyu ələ düşən imkanlardan yararlana bilmədi. İkinci hissədə də oyunun ssenarisi dəyişmədi. Meydan sahiblərinin hücumlarının qarşısını məharətlə alan qonaq komandanın müdafiəçiləri qapılarının toxunulmazlığını qoruya bildi. Baxmayaraq ki, ağdamlılar ikinci 45 dəqiqədə də bir neçə dəfə fərqlənmək imkanı yaratdılar. Bununla belə tablodakı 0-lar dəyişilməz qaldı. Hesabın açılmamasına rəğmən hər 2 tərəfin baş məşqçisi nəticədən razı qaldı. Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması iyulun 22-də keçiriləcək. Petrovaç şəhərinin Pod Malim Brdom Arenasında oynanılacaq matçın start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.

13:00 / 16.07.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 23476
Bu ay: 432892
Ümumi: 13922508
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın