/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

“Qəbələ” və “İnter” növbəti mərhələyə yüksəldi

Şriftin ölçüsü:  11px13px15px17px

UEFA Avropa Liqasında ötən gün 1-ci təsnifat mərhələsinin oyunlarına yekun vurulub. “Qəbələ” və “İnter” növbəti mərhələyə vəsiqə əldə etsələr də, “Neftçi” mübarizəni erkən dayandırıb. Gürcüstanda kecirilən ilk oyunda “Dinamo”ya 2:1 hesabı ilə uduzan “Qəbələ” bu məğlubiyyətin əvəzini doğma azarkeşlər önündə çıxıb. Oyunun taleyinə matçın son dəqiqələrində aydınlıq gəlib. 88-ci dəqiqədə Sergey Zenyov komanda yoldaşının cinah ötürməsini qola cevirib. 1-0. Əsas vaxta əlavə olunan sonuncu dəqiqədə fərqlənən Aleksey Antonov isə oyunun yekun nəticəsini müəyyənləşdirib. “Qəbələ”-2, “Dinamo”-0. Beləliklə, iki oyunun nəticəsinə görə rəqibini 3:2 hesabı ilə məğlub edən “Qəbələ” növbəti mərhələdə Serbiyanın “Çukariçki” kollektivi ilə üz-üzə gələçək. Turnirdəki digər təmsilçimiz “İnter” isə doğma azarkeşlər önündə “Laçi”-ni qəbul edib. 90 dəqiqə ərzində azarkeşlər qol görməyiblər. Lakin “Bankirlər” səfər qolu sayəsində mərhələ adlayan tərəf olublar. Oyundan sonra kecirilən ənənəvi mətbuat konfransında komandaların calışdırıcıları matcla bağlı fikirlərini bölüşüblər. Qeyd edək ki, 2-ci təsnifat mərhələsndə “İnter”in rəqibi İslandiyanın “Hafnarfyordur” kolektivi olacaq. “Neftçi” isə səfərdə “Mladost” səddini aşa bilməyib. Baxmayarağ ki, oyunda hesabı təmsilçimiz acıb. 72-ci dəqiqədə Araz Abdullayev fərdi reydini qolla tamamlayıb. Lakin, “Flaqman” bu üstünlüyü sonadək qoruyub saxlaya bilməyib. Əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə fərqlənən Vukoviçin vurduğu qol oyunun yekun nəticəsini müəyyənləşdirib. “Mladost”-1, “Neftçi”-1. Bununla da iki oyunun nəticəsinə əsasən, Monteneqro təmsilçisi mərhələ adlayan tərəf olub.

13:00 / 10.07.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 8320
Bu ay: 37258
Ümumi: 17257711
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın