/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Badminton yarışları başa catıb

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunlarında badminton yarışları başa catıb. Danimarkalı idmançılar uğurlu çıxışla yadda qalıblar. Kişilərin fərdi yarışının həlediçi görüşündə danimarkalı Emil Holst və ispaniyalı Pablo Abian üz-üzə gəliblər. İlk hissədə Piriney təmsilçisi 21:12 hesabı ilə üstün olub. Lakin ikinçi yarıda Abian skandinaviyalının ciddi müqaviməti ilə üzləşib. Xala-xal prinsipi ilə kecən ikinçi hissə ispaniyalı badmintoncunun 23:21 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Abian Avropa Oyunlarının qalibi olub. Qadınların fərdi yarışında da final görüşü öz gərginliyi ilə yadda qaldı. Danimarkalı Lin Kjaersfeld belçikalı Tan Lianla qarşılaşdı. İlk setdə 21:18 hesablı qələbə qazanan Belçika təmsilçisi bu üstünlüyü sonadək qoruyub saxlaya bilmədi. Belə ki, Kjaersfeld 2-ci hissədə 21:19, həllediçi setdə isə 21:9 hesablı qələbə sayəsində turnirin qalibi oldu. Qarışıq cütlüklərin mübarizəsində isə danimarkalı Nikolas Nohr və Sara Thugelsen fransalı Qetan Mittelheyser və Audri Founteyn cütlüyünə hər iki setdə 21:16 hesabı ilə qalib gəlməklə Avropa Oyunlarının qalibiu oldular.. 17 gün bütün dünyanın diqqətini özünə cəlb edən Avropa Oyunlarına bu gün yekun vurulur. Bakı idman zalınında kecirilən badminton yarışlarının son günündə kişi və qadınlar fərdi eləcədə qarışığ cütlüklər ən güclünü müəyyənləşdiriblər. Və bununla da Avropa Oyunlarının badminton yarışları «Bakı 2015»-in tarixinə düşdü.

17:00 / 28.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 9445
Bu ay: 114717
Ümumi: 14249078
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın