/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Arenalarda fiziki məhdudiyyətli şəxslərin girişi təmin edilib

Şriftin ölçüsü:  11px13px15px17px

«Bakı-2015» birinci Avropa Oyunlarının keçirildiyi bütün arenalarda əlil və fiziki məhdudiyyətli şəxslərin giriş imkanı tam təmin edilib. Onlar üçün hər cür şərait yaradılıb. Bunu arenalara baxış keçirən, giriş imkanları üzrə məsləhətçi, paralimpiya çempionu nik morris deyib. Paralimpiya çempionu Nik Morris obyektlərə giriş üçün xüsusi vasitələrin qurulması üzrə məsləhətçilər assosiasiyasının rəsmi məsləhətçisidir. O, Sidney Olimpiya və Paralimpiya Oyunlarında məsləhətçi kimi işlədikdən sonra, 2004-2012-ci illərdə Beynəlxalq Paralimpiya Komitəsi və bir sıra oyunların təşkilat komitəsində ekspert-məsləhətçi kimi fəaliyyət göstərib. Nik Morris «Bakı-2015» Əməliyyat Komitəsinin dəvəti ilə arenalara baxış keçirmək üçün bir neçə dəfə Bakıya gəlib. Nik tamaşaçıların Avropa Oyunlarına marağından çox məmnundur. Arenalara giriş üçün təkcə əlillər deyil, hər kəs nəzərə alınıb.
Paralimpiya çempionu Niks, ilk Avropa Oyunlarının açılış mərasimini Azərbaycan mədəniyyətinin bayramı adlandırır. Bildirir ki, açılış mərasimində 70-dən çox əlil arabasından istifadə edən və ya fiziki məhdudiyyətli tamaşaçı vardi. Onlar gözəl vaxt keçirməklə, belə mühüm tədbirin bir hissəsi oldular.
Nik Morris mötəbər idman yarışmasına yüskək səviyyədə ev sahibliyi edən Azərbaycandan xoş təəssüratlarla ayrılacağını deyir. O, hər kəsi bu gözəllikdən zövq alması üçün bakıya dəvət edir.
Fidan Əliheydər

11:00 / 28.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 3911
Bu ay: 238816
Ümumi: 14373177
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın