/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Avropa Oyunlarının ilkləri

Şriftin ölçüsü:  11px13px15px17px

Birinci Avropa Oyunları təkcə idman tarixində bir ilkə, yeniliyə imza atmadı. Həm də gələcək oyunların standartını müəyyənləşdirdi. İlk Avropa Oyunları bundan sonrakı yarışlar üçün bir ölçü kimi qəbul ediləcək. «Bakı 2015» - ilk Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçirilib. Onlardan 4 ü qeyri Olimpiya idman növü idi. Bununla da növbəti oyunlarda təqvimə yeni idman növlərinin əlavə edilməsi təcrübəsinin təməli qoyuldu. Avropa oyunlarında ilk dəfə olaraq güləşin daha 6 çəki kateqoriyası üzrə yarışlar keçirildi. Beynəlxalq Boks Federasiyası isə ilk dəfə olaraq yarışmaya görə reytinq xalı verəcəyini açıqladı ki, bu da idmançılar üçün qızıl medaldan daha üstündür. Atletlər və media kəndinin idman obyektlərinə yaxın ərazidə yerləşdirilməsi də yeniliklərdən biri kimi qiymətləndirildi. Qitənin idman tarixində yeni səhifə açan ilk Avropa Oyunları öz məşəl marafonu ilə də xüsusi diqqət çəkdi. 48 günlük səyahətlə məşəl bütün ölkəni gəzdi. Azərbaycanın tarixini, təbii imkanlarını, idman və mədəni sahədəki uğurlarını nümayiş etdirən məşəl səyahətinin 40 günü bölgələri əhatə etdi. 60 yaşayış məntəqəsində, ümumilikdə, 5,5 min km məsafə qət edən məşəl estafeti, əslində ölkənin tanıdılması baxımından ən böyük layihələrdən biri oldu.
Avropa Oyunlarında idmançılara , əcənəbi qonaqlara, ümumiyyətlə yarışlaın keçirilməsində təşkilatçılıq məsələlərinə dəstək olmaq məqsədi ilə 12 500 gənc, könüllü olaraq işə başladı . Azərbaycanlı gənclərlə yanaşı Rusiya , Böyük Britaniya, İtaliya , Gürcüstandan olan könüllülər də təşkilati məsələlərdə fəal iştirak etdilər
Avopa Oyunları zamanı idmançımız Oleq Stepko rekorda imza atdı. Oyunlar zamanı üst üstə bir qızıl, bir gümüş və 3 bürünc almaqla 5 medal qazandı və Azərbaycan gimnastikası tarixində ilkə imza atdı. «Bakı 2015»-in oyunları çərçivəsində atıcılıq üzrə yarşılarda dünya rekordu qırıldı. İtalyan atlet Petra Zublasinq 464,7 atəş xalı ilə ən yüksək nəticə göstərərək dünya rekordunu yenilədi. Ümumilikdə Avropa Oyunları idmançılarımız üçün xüsusi əhəmiyyət kəsb etdi. İdman tarixində Azərbaycan ən böyük heyətlə - 291 idmançı ilə yarışa qatıldı digər tərəfdən isə bu mötəbər yarışı təşkil etməsi ölkəmizə həm də böyük təcrübə qazandırdı.
İlqar Qulusoy

09:00 / 28.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 14193
Bu ay: 427641
Ümumi: 15777877
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın