/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Azarkeşlər evində Rusiya idmançılarının uğurları müzakirə olundu

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiya-Azərbaycan azarkeşlər evində Rusiya yığma komandaların qazandıqları medallar eləcədə Rusiya Federasiyasının Avropa Oyunlarında liderliyi münasibəti ilə rəsmi mərasim keçirilib. Tədbirdə Bakıda səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin də iştirak edib. Mərasimdə birinci Avropa Oyunlarında yarışan Rusiya yığma komandasının boks, badminton və üzgüçülük üzrə medallar qazanmış idmançıları iştirak etdi. Əvvəlcə atletlər tədbir iştirakçılarına təqdim olundular və onların idman naliyyətləri haqda məlumat verildi. Daha sonra fəxri qonaq qismində azərkeşlər evinə təşrif buyurmuş Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin idamnaçıları təbrik etdi. Rusiya dövlət rəsmisinin sözlərinə görə ilk Avropa Oyunlarının bu cür yüksək səviyyədə keçirilməsi üçün bütün Avropa Azərbaycana minnətdar olmalıdır.
Tədbirdə iştirak edən Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov idmançıları bir daha təbrik edərək, oyunların möhtəşəm təşkilatçılığından eləcədə Azərbaycan xalqının qonaqpərvərliyindən söz açdı. Müxtəlif idman növləri üzrə medal qazanan idmançılara Rusiya Olimpiya Komitəsi tərəfindən xatirə hədiyyələri təqdim edildi. Daha sonra atletlər media nümaindələrinə müsahibə verərək, keçirilən döyüşlərin özünə məxsus çətinliklərindən, eləcə turnirin təşkilatçılığından söz açdılar.
Sonda qeyd edək ki, Rusiya yığma komandası aktivində olan medalların sayına gösə Abropa Oyunlarının lideridir. Ölkəmiz isə ikinci yerdə qərarlaşıb.
Tural Azəroğlu

09:00 / 28.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 3992
Bu ay: 238897
Ümumi: 14373258
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın